adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Sentyabr 2019 12:47
10146
MƏMLƏKƏT
A- A+

Vilayət Eyvazov bir şöbədən üç nəfəri işdən çıxardı

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və polis mayoru Rəşad İsmayılov işindən azad edilib.

Sabunçu rayon Polis İdarəsinin üç vəzifəli şəxsinin işdən çıxarılmasına səbəb onların işlərində yol verdikləri ciddi nöqsanlardır.

Onlar sərəncama götürülüblər.