adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Sentyabr 2019 12:44
10119
MƏMLƏKƏT
A- A+

NƏQLİYYAT AGENTLİYİNİN MENYÜSÜNƏ

Bir vaxtlar nəqliyyatda aylıq abonement tətbiq olunurdu. Avtobus üçün ayrı idi, trolleybus və tramvay üçün də ayrı. Aylıq abonoment çox sərfəli idi, ən azı nəqliyyata əlli faiz az pul xərcləyirdin. Hətta futbola da abonoment satılırdı, mənim və dostlarımın «Neftçi»nin «Neftçi» vaxtı 15-ci sektora abonomentimiz olardı. Abonoment bilet növbəsinə durmaqdan və ya bilet tapmamaqdan səni sığortalayırdı.

Avropa ölkələrində ictimai nəqliyyata bir saatlıq və ya iki saatlıq bilet alırsan. O müddətdə neçə ictimai nəqliyyatdan istifadə edirsənsə, həmin bilet keçərlidi.

Bu məsələ ilə bağlı cavabınızı gözləyirik.