adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Sentyabr 2019 11:33
22560
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: TRABZONDAN SƏSLƏNMƏ

Gəl al, bu lal gecədən
Qaranlıqdan , sən məni...
Sığındığım köşədən -
Piranlıqdan sən məni...

Al, bu ruhum susalan
Göz yaşıma bulanan...
Kipriklərim sulanan -
Şoranlıqdan , sən məni!

Ulduz saydım ...tək-tükdən
Asılaraq tək, tükdən!
Yaşatdığın təklikdən -
Viranlıqdan , sən məni!

Düşünmə ki, getmisən
Ayrılığa yetmisən!
Özününkü etmisən -
Yarandıqdan sən məni!