adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2019 15:17
15938
SİYASƏT
A- A+

İlham Əliyev Soçidə Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, oktyabrın 3-də Soçidə "Valday” beynəlxalq diskussiya klubunun növbəti iclası olacaq və iclasda Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı II Abdullah, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev və Filippin Prezidenti Rodriqo Duterte iştirak edəcəklər.

Peskov əlavə edib ki, Rusiya prezidenti iclasda iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək.