adalet.az header logo
  • Bakı 18°C
24 Sentyabr 2019 14:29
21269
DÜNYA
A- A+

Diplomatik qalmaqal: ABŞ-ın Moskvadakı səfirliyi rusiya diplomatlarına viza vermədi

ABŞ-ın Rusiya Fedarasiyasındakı səfirliyi BMT Baş assambleyasına getməyə hazırlaşan, Sergey Lavrovu müşayət edəcək nümayəndə heyyətinin üzvülərinə Nyu-Yorka getmək üçün viza verməyib. Bununla bağlı Rusiya və ABŞ arasında böyük səs-küyə səbəb olacaq növbəti qalmaqal yaşanıb. Bu barədə məlumat verən Rusiya Fedarasiya Şurasının beynəlxaliq əlaqələr üzrə komitə rəhbəri Sergey Kosaçev bildirib ki, Dövlət Dumasının komitə sədri Leonid Slustski başda olmaqla 9 nəfər nümayəndə heyyəti üzvülərinə və Sergey Lavrovun şəxsi tərcüməçisi, XİN-nin aparat rəhbəri Sergey Butinə viza verilməyib.Kosaçevun sözlərinə görə viza verilməsindən rəsmi imtina edilməsə də, Vnukova-2 hava limanında uçuşa hazırlaşan nümayəndə heyyətinin üzvülərinə onların diplomatik pasportları qaytarılmayıb.

Buna görə də onlar Nyu-Yorka uça bilməyiblər.Nümayəndə heyyətinin üzləri müxtəlif sahələr üzrə mütəxəsislər olub. " Vəziyyət böyük qalmaqala səbəb olacaq. Təbii ki, Rusiya xarici işlər nazirliyi tərəfindən bununla bağlı müvafiq qarşılıqlı cavab addımları atılacaq. Amma bu addımın nə dərəcədə cavab xarakterli olcağını gələcəkdə müzakirə edəcəyik. ABŞ-ın bu addımı ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq. Amerika tərəfi bu cür addımlar atmaqla radikal qaydada BMT TŞ-nın daimi üzvülərinin maniəsiz işlərini təmin etmək barədə götürdükləri öhtəliklərə əməl etmir”- deyə Kosaçev bidirib. Deyəsən BMT-nin Nyu-Yorkdan Başqa ölkənin ərazisinə köçürülməsinin vaxtı çatıb.

Mehriban