adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Sentyabr 2019 10:08
13893
GÜNDƏM
A- A+

ƏSGƏRİMİZİN NƏŞİNİ NİYƏ QIRMIZI XAÇ ALMALIDIR Kİ?

Cəbhə bölgəsində əsgər Ramin Abdulrəhmanov yolu azaraq neytral əraziyə girib və düşmən gülləsindən şəhid olub. Onun yolu azmasını, komandirinin məsuliyyətsizliyini qoyuram bir kənara.

Oxudum ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə əsgərimizin nəşi götürülüb.

Əsgərin nəşini niyə Qırmızı Xaç Cəmiyyəti götürməlidi? Düşmən tərəfi bir babat atəşə tutulub güllə yağışı altında saxlanılardısa, elə öz əsgərlərimiz onun nəşini götürə bilərdi.

Düşmən hər gün atəşkəsi neçə dəfə pozur, biz niyə atəşkəsi pozmaqdan qorxmalıyıq?

Yadınızdadırsa, Milli Qəhrəman Mübariz İbrahimov da iki gün neytral ərazidə qalmışdı, özü də hələ yaralı idi, ölməmişdi. Bəlkə vaxtında götürsəydik heç ölməzdi də.

Atəşkəsi pozmaqdan qorxduq və onun da nəşini Qırmızı Xaç aldı.