adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Sentyabr 2019 09:57
15458
SİYASƏT
A- A+

NAZİRLƏRİN 501-Cİ, YOXSA 504-CÜ GÖRÜŞÜ?

Hörmətli xarici işlər nazirimiz Elmar müəllim Vaşinqtonda yenə erməni həmkarı ilə görüşüb. Sabiq xarici işlər naziri hörmətli Tofiq Zülfüqarov da deyib ki, gərək Elmar müəllim bu görüşə getməyəydi və səbəblərini də açıqlayıb. Mətbuatdan oxumusunuz, təkrar edib sizi yormaq istəmirəm. Bilirəm ki, bu görüşlər və sonra verilən bəyanatlar onsuz da sizi çoxdan yorub, day nə görüşləri izləyirsiz, nə də bəyanatları.

Hörmətli Tofiq müəllim bir fikri də deyib. Deyib ki, bu görüş 501, yaxud 504-cü görüşdü.

İndi biz dəqiqləşdirmək istəyirik, 501-di, yoxsa 504?

Hörmətli Tofiq müəllimdən xahiş edirik ki, bunu dəqiqləşdirsin, biz də nayran qalmayaq.

Cəbhə hakimiyyəti vaxtı xarici işlər naziri hörmətli Tofiq Qasımov bir təyyarədən düşüb o biri təyyarəyə minirdi. Mən də götürüb qəzetdə yazdım ki, Tofiq müəllim, arada bir Bakıya da dəy.

İndi, vallah, Elmar müəllim özü də belə mənasız görüşlərdən yorulub ey. Amma bir məsələ var ki, hörmətli Elmar müəllim hörmətli Tofiq Qasımovdan fərqli olaraq, arada bir Bakıya dəyir.