adalet.az header logo
  • Bakı 18°C
25 Sentyabr 2019 10:04
9259
GÜNDƏM
A- A+

NEUJELİ İNDİKİ UŞAQLAR KƏRƏMOVDAN ACİZDİLƏR?

Uşaq pulu söhbəti gündəmdən düşmür. Elə bir zümrə nümayəndəsi yoxdur ki, bu barədə təklif irəli sürməsin. Bilən də yazır, bilməyən də.

Hörmətli Hadı Rəcəbli bir açıqlamasında bildirib ki, 3 yaşa qədər cocuqlara uşaq pulu bərpa oluna bilər.

Bizim fikrimizcə, 6 yaşa qədər uşaq pulu verilməsi daha normaldı, çünki 6 yaşdan sonra uşaqlar çalışıb həm özlərini saxlaya bilərlər, həm də cəmiyyətə bir xeyirləri dəyər, iqtisadiyyatımız daha yaxşı inkişaf edər.

İndiki uşaqlar Kərəmovdan acizdilər?

Kərəmov 6 yaşında atasına qoşulub kolxoz işinə getmişdi. Özü də hansı zamanda? Kompüter yox, internet yox, televiziyalar nə gündə.

İndiki uşaqlar cin kimi bir şeydi, 4 yaşlarında internetdə Markı barmaqlarına dolaya bilirlər, dünyanın harasından desən xəbər verə bilirlər, proqram yükləyirlər, sosial şəbəkələrə girirlər. Hələ məktəbə getməmiş, odnoklassikdədirlər.

Ona görə uşaq pulunu 6 yaşadək vermək daha normaldı. Sonra maşallah, özləri özlərini saxlaya bilərlər, hələ ailə büdcəsinə xeyirləri də dəyə bilər.