adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Görəsən, cahil dinçilərin imanı neçə metrdir? - Eminquey yazır

38769 | 2019-09-25 11:40

Axundların, mollaların səydərəş fətvalar verdiyibir dövrdə ikən tragikomik bir həyat yaşamaq lüksümüz var. 

Baxırsan, həmüzülürsən, həm də bir xeyli gülürsən. 

Üzülürsən, nöşün? Oşün ki, cahilliyinvirus kimi ağıllara yeriməsi ağlını başından alır. 

Gülürsən, nöşün? O şünki,bunca sərsəm fətvalar insan məntiqinin, şüurunun orbitindən kənarda qalır. 

Nəbilim, bu cür fətvalar adama yadplanetlilər kimi qəribə, asteroidlər kimiqorxunc gəlir. Düşdüyü beyinləri dağıdıb viran qoyurlar. Nəticədə, gəzən ölülərləbirgə bir havanı udmağa məcbur qalırsan.

Qonşu ölkələri qatı dindar olan biz də butəsirlərdən quru çıxmırıq. Bu kimi şeylərin bir ucu bizə də toxunur. Üstəgəl,Quranı evinin ən uca yerində saxlayıb oxumayan müsəlmanlarımızın haqq yolundakor-təbii gəzişmələri adamı paramparça edir. Bu gün qadına qarşı şiddətəmeyilli olan kəsim, (ki, əksəri özünü müsəlman sayır) açıb Quranı oxudumu?Oxudumu ki, Nisa surəsinin 34-cü ayəsində deyilir ki, qadını döymək olar.

"Kişilər qadınlar üzərində ixtiyarsahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstünetməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizlişeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyubsaxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlaranəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaətetdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə,Allah ucadır, böyükdür!”.

Ərəbcədən döymək kimi tərcümə olunan o sözün mənasıtoxunmaq, çimdikləmək, mıcıqlamaq belə olsa bu həqiqəti dəyişmir. ÇünkiAzərbaycanda olan Quranın tərcümələrində bu söz döymək kimi keçir. O zaman nəyəetiraz edirlər? Yaxud bu vaxta kimi bu ayəni görmüşdülərsə, niyə bu məsələnigündəmə gətirmirdilər? Niyə demirdilər ki, Allah belə şey buyurmaz. Bizim VasifMəmmədəliyevlə Ziya Bünyadov bunu niyə belə tərcümə ediblər?

Demək ki, qadını döymək olar, yuxarıdan icazə var.

Sözümün mustafası bu deyil. Bu yaxınlarda Türkiyədəonların diliylə desək, bir imamdan bir qadın soruşub ki, sürücülük vəsiqəsialsam, maşın sürsəm, günahdırmı? Bizim haqq yolunda avtoxuliqanlıq edən buimam, adı Nurəddin Yıldızdır, deyib ki, qadın təkbaşına 90 kilometdən çox yolgedə bilməz, dində qadağandır. Çünki peyğəmbər o vaxt deyib ki, bir qadın 90kilometrdən uzağa təkbaşına gedə bilməz, mütləq yanında kişi olmalıdır. Hətta üç-dördqadın belə olsa, qadağandır.

Görünür, bizim bu imam əfəndi o dünyasıyla o qədərhəşir-nəşir olub ki, bu dünyada baş verənlərdən xəbərsiz qalıb. Çünki 1795-ciilə qədər dünyada standart bir uzunluq ölçüsü yox idi. 

Məsələn, Misirdə...

... miladdan əvvəl firounun dirsəyi ilə əli arasındakı məsafəni ölçüb o məsafəniölçü vahidi kimi istifadə edirdilər. 

İngiltərədə...

Rəvayətə görə, kral I Henrisağ qolunu önə doğru uzadıbmış, burnundan orta barmağının ucuna qədər olanməsafə bir yard olaraq hesablanıbmış. XII yüzillikdən bəri bu ölçünü istifadəedirdilər.

Osmanlı

... arşın var idi. Amma bazar arşını başqa,memar arşını başqa idi. Bir az da kobud desək, Misirdəkinə bənzəyirdi. Dirsəkləbarmaq ucu arası. Qumaş alarkən dirsəyə dolanaraq ölçülürdü. Memar arşını bazararşınından 7 sm uzun idi.

Amma zaman yetişincə, ölkələr arası ticarətartınca, bir-birilə əlaqəsi olmayan ölçü vahidləri məsələni müşkülə çevirir. 

Fransa inqilabı 

... bu qarmaqarışıqlığa son qoyur.

Krallıq və kilsənin səydərəşliklərini kökündəndəyişən respublikaçılar bütün dünyanın qəbul edə biləcəyi uzunluq ölçüvahidinin bəlli olunması üçün işi tapşırırlar Fransa Elmlər Akademiyasına.Məclis qurulur, yunan dilindən ölçü mənasını verən "metron” sözündən təsirlənibuzunluq ölçü vahidini "metr” adlandırırlar.

Parisin olduğu meridianda triqonometrikhesablamalar edib ölçü aparırlar. Dünya çevrəsinin 40 milyonda birinə "bir metr”deyirlər. Beləcə metrik sistem dünyaya gəlir.

Uzunluq ölçüsünün dünyaya istinad etməsi bütündünyanın ağlına əlbəttə ki məntiqli gəlir.

Elm ortaq dilə çevrildi.

Əl barmaqlarımızının sayına görə, 10 barmağımızınqatlarına görə hesablandı ölçülər. Millimetr, santimetr, destimetr, metr. Çoxasan idi hesablamaq.

Amerika

... bu gün də dirəşib. Krallıq sistemi olaninç, fit, yard, mil kimi ölçü vahidlərindən istifadə edir.

Bu barmaq ölüçlərindən fərqlidi, istifadəsiçətindir, vurma-bölmə hesabları da qarışıqdır. Bu qarışıqlığa görə Marsagöndərdikləri aparatları da qəzaya uğradı. Çünki göndərdikləri cihaz ingilisölçü vahidinə uyğun hazırlanmışdı. Belə olunca da 125 milyon dollarlıq cihaz Marsaçırpıldı.

Bunca səbəblərdən dolayı Amerikada metrik sisteməkeçməyi istəyənlərin də sayı getdikcə daha da artır. İngiltərədə gündəlik həyat tərzində hələ də inç,fit, yard kimi ölçü vahidlərini eşidə bilərsiniz, amma dünyayla ayaqlaşmağaməcbur oldular. 1995-ci ildə təhsildə və texnikaların hazırlanmasında metriksitemə keçdilər.

Gələk bu dəcəl imamımızın məmləkətinə. Türkiyə1926-ci ildən etibarən Atatürkün sayəsində metrik sistemdən istifadə edir. Ki,əslinə qalsa, bu dəcəl imamımızın həyat tərzilə, dünya baxışı ilə heç kilometrölçüsünü dilinə belə gətirməsi yasaqdır. Çünki bunu kafirlər icad edib.

İmamın bunlardan xəbəri varmı? Peyğəmbərin vaxtındasöz yox ki, müəyyən ölçü vahidi olub, amma bunun 90 kilometrlik məsafə olduğunuhardan bilmək olar?

Mənə bir şey maraqlıdır, bəs görəsən, bu imamın və bukimi adamların imanı neçə metrdir?





Yazıda Yılmaz Özdilin yazısındakı məlumatlardan istifadə edilib

TƏQVİM / ARXİV