adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Sentyabr 2019 12:43
41900
İDMAN
A- A+

Messi və Van Deyki yaxşılar sırasında görmədi - Ronaldonun seçimi

"The Best"in finalçıları Lionel Messi, Vircil van Deyk və Kriştiano Ronaldo da FİFA-nın dünyanın ən yaxşı futbolçusu sorğusunda iştirak ediblər.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Argentina millisinin kapitanı Messi müvafiq ardıcıllıqla Sadio Mane, Kriştiano Ronaldo, Frenki de Yonqa səs verib.

Portuqaliya millisinin kapitanı Ronado isə digər finalçılara səs verməyib. "Yuventus"un hücumçusu birinci yerə yeni komanda yoldaşı Matteys de Liqti, ikinci yerə Frenki de Yonq, üçüncü yerə isə Kilian Mbappeni layiq bilib.

Hollandiya millisinin kapitanı Vircil Van Deyk üçün ən yaxşı futbolçu Lionel Messidir. "Liverpul"un müdafiəçisi komanda yoldaşları Məhəmməd Salah və Sadio Maneni növbəti yerlərə layiq görüb.