adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Sentyabr 2019 11:37
27367
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: ETİRAF

Şəkillərlə danışmaq
gündəlik peşəm olub...
Şəkilli günlərimsə -
saralıb, xəşəm olub...

Dörd divar , bir pəncərə
təklik -əhləd daşıdı...
Çəkilmişəm səngərə -
axan ruhun yaşıdı...

Gör neçə mininci an
baxır mənə şəkildən...
Xatirə dinləyirəm -
Bu hər şəkil - vəkildən...

... Təsəlliyə , ümidə
yermi qalıb, kiridə?!
Yəqin mənim kimi də -
Var hardasa biri də!..