adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2019 11:40
25879
DÜNYA
A- A+

Qızda cəsarətə bax aa!

Greta Thunberq və 15 gənc dostu qlobal istiləşməylə mübarizədə kifayət qədər mücadilə aparmadıqları üçün Almaniya, Fransa, Braziliya, Argentina və Türkiyəni BMT-yə şikayət ediblər. Gretanın salona girərkən orada olan ABŞ-ın prezidenti Trampa baxışları da diqqətdən yayınmayıb.

Şikayətdə bu ölkələr 30 il əvvəl imzaladıqları "Uşaq haqları” müqaviləsinə də riayət etməməkdə günahlandırılırlar.

Şikayət edənlər 16 yaşlı hərəkatçı Greta və yaşları 8-17 arasında dəyişən 12 müxtəlif ölkədən olan 15 gəncdir.

BBC Türkcənin məlumatına görə ABŞ-dan başqa bütün BMT üzvü olanm ölkələr uşaq sağlamlığı və hüquqlarını qorumaq üçün hazırlanan müqaviləni imzalayıb və qəbul edib.

Gənclərin müraciəti 2014-cü ildə qüvvəyə minən və az bilinən uşaq haqlarının taptalandığını düşündükləri halda Uşaq Haqları Komitəsinə şikayət edə bilmə icazəsi verilən kimi edildi.

Komitənin şikayətdəki günahlandırmaları araşdırıb müvafiq ölkələrə lazım olan tövsiyyələri verməsi gözlənilir.

16 gənc hərəkatçıya Hausfeld LLP adlı vəkillik şirkəti və Earthjustice adlı ətraf mühit hüququ qrupu dəstək verir.