FETÖ əməliyyatı davam edir - 46 nəfər saxlanıldı
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETP) qarşı əməliyyatlar davam edir.
Adalet.az xəbər verir ki, İzmir şəhərində keçirilən sonuncu əməliyyat zamanı 46 şübhəli şəxs saxlanılıb. Bildirilib ki, onlardan 16-sı xidmətdən kənarlaşdırılan polis rəislərinin müavinləri olub.