adalet.az header logo
  • Bakı 7°C
23 Sentyabr 2019 17:31
51832
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus” “Ліга сміху Azərbaycan” yumoristik şousunun tərəfdaşı oldu - VİDEO

"CinemaPlus” premium kinoteatrlar şəbəkəsi Ukraynanın məşhur yumoristik televiziya şousunun yerli versiyası "Ліга сміху Azərbaycan”ın tərəfdaşı olub.

Əməkdaşlıq çərçivəsində "Ліга сміху” izləyicilərinə "CinemaPlus” və "Ліга сміху Azərbaycan”ın birgə yaratdığı hədiyyə kartları təqdim olunacaq. Bu kartları əldə edən tamaşaçı isə "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş etdirilən hər hansı filmi seyr etmək imkanı qazanacaq.

"Ліга сміху” proqramında komandalar verilən sualları cavablandırır, improvizasiyalar edir.

Bundan başqa, əvvəlcədən hazırlanmış səhnələri nümayiş edirlər. Komandaların çıxışı jüri tərəfindən qiymətləndirilir. Yumoristik döyüşdə mübarizə aparan komandalar rəqibdən öndə olmaq üçün əyləncəli və parlaq olmalıdır.

Azərbaycanı layihədə 2019-cu ildən etibarən "Как по маслу” komandası təmsil edir. Onlar ölkəni beynəlxalq komediya şousunda təmsil edən yeganə komandadır.

"Ліга сміху Azərbaycan” isə rəsmi olaraq, cari ilin 15 iyununda açılır. Komandadın rəhbəri Cavid Şahbazbəyovdur.

"Ліга сміху Azərbaycan” şousu 56-dan çox televiziya kanalında və 25 ölkədə, həmçinin KATV 1 və Netflix kanallarında yayımlanır.

"CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.