adalet.az header logo
  • Bakı 7°C
23 Sentyabr 2019 15:29
39909
İDMAN
A- A+

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Bu həftəsonu Rusiyanın Xabarovsk şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku baş tutub.

Kubokun tamblinq üzrə yarışlarında yeganə təmsilçimiz Mixail Malkin ən yüksək göstəricini əldə edib.

Belə ki, M.Malkin bütün rəqiblərini geridə qoyaraq, 76.300 xalla qızıl medala sahiblənib.