adalet.az header logo
  • Bakı 18°C

Aqil ABBAS: POLİSƏ QALDIRILAN ƏLLƏR KƏSİLMƏLİDİR

AQİL ABBAS
62932 | 2019-09-25 10:15

2018-ci ildə Gəncədə başverən iğtişaşlar (əslində əvvəlcədən hazırlanmış)zamanı qətlə yetirilən polis zabiti SəmədAbbasovun xanımı Leyla Abbasovanın MöhtərəmPrezident İlham Əliyevə ünvanladığı açıqməktubu ürək ağrısı ilə oxudum. Sözün bitdiyi yerdir.Bu bir məktub deyil, bu bir xanımın,bir ananın fəryadıdır.

Mirşahin «Real» TV-də Gəncədəkiiğtişaşlarla bağlı çox ciddi açıqlamalar, çox ciddi faktlarqoydu ortalığa. Mirşahinin açıqlamalarınıhəm saytımızda oxuya bilərsiniz, həm də bugünki qəzetimizdə.

Mən məsələyə başqa bir tərəfdən yanaşmaq istəyirəm.Azərbaycanpolisinin gecəsi-gündüzü yoxdur. Yeganə təşkilatdır ki, günün 24 saatıöz vəzifəsini yerinə yetirir. Ölkədəəmin-amanlığın, sabitliyin qorunması uğrundaşirin canlarından keçməyəhəmişə hazırdılar. Və cinayətkarlara qarşı mübarizədə neçə-neçəpolis əməkdaşı həyatını itirib ki, bizlər həyatımızıitirməyək.

Necə ki polis zabitləri - Səməd Abbasovvə İlqar Balakişiyev öz həyatlarınıqurban verdilər.

Məhz polisin fəaliyyətinin nəticəsidir ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında həm cinayətin az olması ilə, həm də cinayətlərin açılma faizinə görə öndə gedir.Ölkədəki sabitliyi məhz Möhtərəm Prezident İlham Əliyevin daxili işlərorqanları qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirən Azərbaycan Polisi yaradıb. Çox təəssüfki, müəyyən qüvvələr mətbuatvə sosial şəbəkələr vasitəsilə polisinnüfuzunu ləkələmək üçün bütün yollaraəl atıblar. Və bilmirlər ki, bir gün bu çanaq onların öz başlarında, ailələrinin başlarında çatlaya bilər. Təbii ki, polisdə çalışanlarınhamısı imam övladı deyillər. Aralarındayerində olmayanlar da var. Əgər Daxiliİşlər Nazirliyinin məlumatlarını diqqətlə izləsəniz, belələrinin zaman-zaman orqandanxaric olunduğunu görə bilərsiniz. Yəni üç,beş, on nəfər ləyaqətsiz polisə görəböyük bir təşkilatı ləkələmək düşmən işidi.

Dünyanın bütün ölkələrində polisə əl qaldırmaq ən ağır cinayət sayılır. Polisə əl qaldırmaqdövlətə əl qaldırmaq deməkdi.

Ağdamda Aleko adında bir cinayət axtarış müvəkkilivardı. Düz 40 il daxili işlər orqanlarındaçalışdı. Onun qəribə bir sözü vardı: «Mənalnımda, günləri üst-üstə yığanda üç ton dövlətgerbi daşımışam».


İndi polis alnında dövlətgerbi daşıyır, sən o gerbə əl qaldıra bilməzsən. O gerbə qaldırılanəllər kəsilməlidir.

Ona görə də bütün dövlətlərdə polisin qətlə yetirilməsiən ağır cinayət sayılır və cəzasıölüm hökmüdü. ABŞ-dahər ştatda ölüm hökmü olmasa da, amma polis qətlə yetirilibsə, bu qanun cinayətkaraşamil edilmir. Həm də polis həmrəyliyi, polis qardaşlığı var, həmin cinayətkarıheç diri tutmurlar.

Filmlərdə də çox görmüsünüz. Polisiqətlə yetirəni tutmaq istəyirlər, əməliyyatda FBI da iştirak edirvə qəti göstəriş verir ki, cinayətkar diri tutulmalıdır. Amma zabit xəlvətcə əməkdaşlarına deyir ki, FBI-nın dediyinə qulaq asmayın, o sizin qardaşınızı öldürüb.

Azərbaycanda ölüm hökmü UluÖndər Heydər Əliyev tərəfindən birdəfəlikləğv olunub.Ölüm hökmü ömürlükhəbs cəzası ilə əvəzlənib.

Polis zabitləri Səməd Abbasovu vəİlqar Balakişiyevi qətlə yetirənlər də ömürlük həbs cəzasına məhkum olmalıdırlar.

Yazımı Leyli Abbasovanın MöhtərəmPrezidentə ünvanladığı məktubun sonabzasları ilə bitirmək istəyirəm.

«Cənab Prezident!

Bir dövlət başçısı kimi Sizə müraciətedərək ədalət naminə səsimizə səsverməyinizi, Gəncədə qətlə yetirilən polislərin qanının yerdə qalmamasına aman verməməyinizi xahiş edirik!

Səməd Abbasov və İlqar Balakişiyevhər bir zaman asayişin, qanunların keşiyində durmuşlar. Ona görə də hər iki polis zabitinin qatillərinin də qanun çərçivəsindəmühakiməsini tələb edirik. Gəncədəmeydanda polislərə güzəşt edilmədi! Bu gün də bu cinayətdə əli olanlaraheç bir güzəşt edilməməlidir!».

TƏQVİM / ARXİV