adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Sentyabr 2019 13:11
29235
MARAQLI
A- A+

Qalıqları ilə insanları heyran edən Quqe krallığı

Çinin Tibet Özerk bölgəsinin qərbində yerləşən sirlərlə dolu Quqe krallığının qalıqları hər il 100 mindən çox insan tərəfindən ziyarət edilir.

Dövlət tərəfindən qorunan mədəni miras sayılan Quqe krallığının müdhiş sarayından günümüzə gəlib çatan parçalar, ətəklərindən Xianqquanq çayının keçdiyi 300 metr yüksəkliyindəki sarı bir təpənin üzərində durur. 


Bölgə Zada qəsəbəsinə 18 km uzaqlıqda yerləşir.

X yüzillikdə qurulan krallığın Tobo krallığının davamı olduğu düşünülür. 

Quqe krallığı ən parlaq dövründə Ngariyə tamamilə sahib oldu.

XVII yüzillikdə tərk edildiyi düşünülən saraydan geriyə daş və torpaqdan ibarət quruluşu və divar rəsmləri qaldı.


Quqe sarayının ehtişamı bu gün də ziyarətçilərini təəccüblənirməyə qadirdir.

Strateji nöqtədə inşa edilən sarayın qalıqları 720 min kvadratmetrlik bir ərazini tutur. 

Sarayın indiki halı 445 otaq, 879 mağara, 4 gizli tuneldən ibarətdir.

Divarlardakı çatlar və torpaq sürüşmlərindən doğa biləcək zərəri ən aza endirmək üçün ziyarətlərdən sonra bütün otaqlar qıfıllanır.

Quru bir iqlimə sahib olmasına rəğmən bölgəıdə son on il ərzində artan yağışlar qalıqların qorunmasını daha da çətinləşdirir.

Yerli hökümər qalıqları qorumaq üçün 3 "xilas et və qoru” proyekti başladıb.

20011-ci ildə başladılan proyektlərə indiyə qədər 57,4 milyon (təxminən 8 milyon ABŞ dolları) yuan xərclənilib.