adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2019 09:08
40208
MARAQLI
A- A+

Ümidləri öldürməyin

Kral dondurucu bir qış gecəsinin soyuğunda növbətçi duran bir qarovulçudan soruşur:

- Sən üşümürsənmi?

Qarovulçu "Mən artıq öyrəşmişəm, kralım” deyir.

Kral:

- Olsun, səni isti tutacaq paltarlar gətirmələrinin əmr edəcəyəm – deyir və gedir.

Ancaq bir müddət sonra əmri verməyi unudur.

Ertəsi gün qarovulçunun donmuş cəsədini divarın dibində tapırlar. Qarovulçu divara cızmaqara eləmişdi:

- Kralım, mən soyuğa öyrənmişdim, amma sənin isti geyim vədin məni öldürdü.

Nəticə: Çoxlu vədlərlə insanları gözlədərək, bir ümidə bağlayaraq əsla imtahan etməyin. Çünki insan gözlədikcə dəyişir. Gözlətdiyini insan haqqınızda düzəlməsi mümkün olmayan fikirlərə qapılar. Öncə ümidləri öldürürsünüz. Sonra sevgi, sayğı, inam... Və ən sonda dostluq ölür...