adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Sentyabr 2019 12:20
24801
DÜNYA
A- A+

Ruhani ABŞ-a niyə gedir?

Səudiyyə Ərəbistanı və ABŞ 14 sentyabrda Səudiyyə neft müəssisələrinə təşkil olunan basqında İranı günahkar bilir.

Rəsmi İran Yəmənin Husilər tərəfindən təşkil olunan hücuma daxil olduğunu inkar edir. İran Husiləri indi Yəmən vətəndaş müharibəsində Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya ilə mübarizə aparırlar.

Adalet.az xəbər verir ki, Ruhani rəsmi internet saytında verdiyi açıqlamada "Bu il BMT-də dünyaya İran İslam Respublikasının bölgə ölkələriylə iş birliyi edərək və bölgə ölkələrinin köməyi ilə Fars körfəsi və Ərəbistan dənizinin təhlükəsizliyini qoruya biləcək bir plan yaradacağıq” dedi.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın başçısı Ruhani bu gün Nyu-Yorka gedəcək və çərşənbə günü Tehrana geri dönəcək.

Donald Tramp Səudiyyə neft müəssisələrinə təşkil olunan hücumdan sonra cümə günü ABŞ-ın Səudiyyə Ərəbistanının hava və raketdən müdafiəsini dəstəkləmək üçün birliklərini göndərəcəyini təsdiqləmişdi.

Ruhani bölgədəki xarici qüvvələrin varlığının neft və onun daşınması üçün güvənsizlik yaradacağını deyib.