adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Sentyabr 2019 10:04
38774
İDMAN
A- A+

İran və Kamboca futbol yığmalarının oyununa qadınlar da buraxılacaq

Beynəlxalq Futbol Federasiyası rəsmi Tehrandan 2020-ci ildə Kamboca-İran futbol oyununaqadınların da izləməsi ilə bağlı təminat alıb.

"Sports Illustrated” FİFA rəhbəri Canni İnfantinoya istinadən xəbər verir ki, FİFA nümayəndə heyətinin Tehrana səfərindən sonra beləqərar verilib.

Kamboca-İran oyunu oktyabrın 10-da 78 min nəfərlik "Azadi” stadionunda keçiriləcək.

Yerli qanunlara görə, son 40 ildəqadınlarİranda kişilərin futbol komandalarının oyununu izləmək hüququndan mərhum idilər.

Xatırladaq ki, bundan əvvəl iranlı azarkeş Səhər Xudayarinin intihar etməsi faktı bütün dünyanı sarsıtmışdı. Qız fanatı olduğu "Esteqlal” komandasının oyununu izləməyə getdiyi üçün həbsə düşəcəyini biləndə özünü öldürmək qərarına gəlmişdi.(oxu.az)