adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2019 17:00
40666
İDMAN
A- A+

Zidan inamı itirib

Çempionlar Liqasında PSJ-yə məğlubiyyətdən (0:3) sonra "Real”ın bir neçə futbolçusu baş məşqçi Zinəddin Zidana inamını itirib.

Qol.az ESPN-ə istinadla yazır ki, komandanın aparıcı oyunçuları 47 yaşlı mütəxəssisin əvvəlki kimi uğurlu olmayacağını düşünürlər. Bəzi futbolçular şübhələnir ki, komandaya bundan sonra Joze Mourinyo rəhbərlik edəcək. Namizədlər arasında Massimiliano Alleqri və Aytor Karanka da var.

"Real” rəhbərliyi isə hesab edir ki, yayda altı yeni futbolçu alınmasına baxmayaraq, komanda bütün imkanları səviyyəsində oynaya bilmir. Zidanın özünün isə gələcəyə nikbin bağdığı bildirilir.

Qeyd edək ki, hazırda "Real” La Liqada 4 turdan 8 xalla 3-cü yeri tutur.