adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2019 16:44
8040
HADİSƏ
A- A+

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

postunda Gürcüstandan idarə etdiyi "Toyota-Camry" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının baqajının sağ və sol tərəflərində 29 ədəd üzərində "AirPods" yazılan qulaqlıq, 3 ədəd üzərində "Samsung Gear S3 frontier" və 4 ədəd üzərində "Samsung Galaxy Watch" yazılan saatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.