adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2019 16:38
36137
İDMAN
A- A+

“Peres Ronaldonu komandada istəmirdi” – “Real”ın sabiq prezidenti

"Real”ın sabiq prezidenti Ramon Kalderon deyib ki, Kriştiano Ronaldonu 10 il əvvəl Madridə gəlişi məhz onun sayəsində mümkün olub.

Qol.az İspaniya mətbuatına istinadən yazır ki, Kalderon deyib: "Məncə, Ronaldonun "Real”ə transferini mənim həyata keçirdiyimi təkrar söyləməyə ehtiyac yoxdur. Hazırkı prezidentin Ronaldonun onun ən yaxşı transferi olması dediklərini eşitmək xoş deyil. Başqalarının işini öz adına çıxmaq düz deyi.

Perez vəzifəsinin icrasına başlayanda Ronaldonu istəmirdi. O, bizim əvvəl imzaladığımız razılaşmanı pozmaq istəyirdi. Kriştiano da bu haqda məlumatlıydı”.