hacklink Adalet.az | Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlanıb Adalet.az | Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlanıb

32232    |   2019-09-21 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar milli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlayıb.

İcmadan verilən məlumata görə, videoçarxda Üzeyir Hacıbəylinin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur.

Qısametrajlı filmdə Üzeyir Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərildiyindən bəhs olunur. Videoda qeyd olunub ki, Ü.Hacıbəyli orada bir il müəllim kimi işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Ü.Hacıbəyliyə xələl yetirilməsin deyə, gecə ilə onu Yevlaxa yola salırlar. Oradan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Ü.Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burada da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur. Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən videoçarxda həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir Hacıbəylinin evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən gülləbaran edildiyi də qeyd olunub.

Həmçinin filmdə sovet dövründə erməni millətçiləri tərəfindən Üzeyir Hacıbəylinin həyatına təhlükənin davam etdirildiyi nümayiş olunub. Belə ki, 1947-ci ildə Üzeyir Hacıbəylinin səhhəti daha da ağırlaşır. Onu Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır.





İmza:

Teatr Festivalında - Kimdir müqəssir?

Bayram Bayramov doğum günüdür - 101 yaş

Heyranlarının sayını itirən “Şəki pitisi”

Kraliça Elizabetin bacısı Marqaret-içki düşkünü, yoxsa istedad...

Erməniləri, Mərkəzi Komitəni qəzəbləndirən xalq artistimiz - VİDEO

Əbülfəs Qarayev: Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir

Avropada Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şərəfinə hədiyyə pul nişanı buraxıldı

Kəlağayı: gözəlliyin özü, ismətin sinonimi...

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anılıb

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Əslən azərbaycanlı olan Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı

Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO