Rusiyadan qanunsuz yolla siqaretlərin keçirilməsinin qarşısı alınıb
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz MI 320" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin arxa sağ qanadının altında 2025 ədəd "Belomorkanal" markalı papiros və avtomobilin alt hissəsindəki hər iki ramanın içərisində 16000 ədəd "Heets" markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
18 Mart 2024 17:49
Bərdədə azyaşlını it dişləyib
18 Mart 2024 13:12Martın 20-də geomaqnit qasırğası gözlənilir
18 Mart 2024 11:39Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdi
18 Mart 2024 10:156-cı sinif şagirdi dünyasını dəyişdi
18 Mart 2024 09:52