adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Sentyabr 2019 12:56
33720
GÜNDƏM
A- A+

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabr 20-də saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­ru düşmən tərə­findən atə­şə tutul­ub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.