KAPİTAN CƏFƏROV - Məzahir ƏHMƏDZADƏ yazır

MƏZAHİR ƏHMƏDZADƏ
55778 | 2019-09-21 10:43

Bu yaxınlardateleviziyada bir nəfərin hüquq-mühafizə orqanında çalışırmış kimi dələduzluq fəaliyyətigöstərməsindən, adamları aldatma yolu ilə bu tip cinayətlər törətməsindən bəhsedən süjet təqdim olunurdu. Adam bu "fəaliyyətini" mülki geyimdə yox,məhz kapitan rütbəli uniformada reallaşdırırmış.

Bu hadisə mənə keçmişsovet dövrünün oxşar, ancaq cinayət tərkibi olmayan başqa bir əhvalatınıxatırlatdı. İndi mən yazım, siz də bir baxın.

Yetmişinci illərin əvvəllərindəhərbi xidmətə gedən orta statistik Sovet Azərbaycanı gəncinin əsgərlik həyatımacərasız ötmürdü ki... Rayonda, kənddə, məktəbdə quzu kimi gəzən oğlanlarRusiyada və daha ucqarlarda 3-4 ayın içində tamam dəyişirdilər, qorxmaz, cəsur"qarabala" olurdular, adamdöyən, haqq-hesab çürüdən nüfuz yiyələrinəçevrilirdilər, guya. Bu harasıdır, hərbi hissə ətrafındakı, yaxın qəsəbə və şəhərdəkiqızlar onlara yaman vurulurdular, onları sevirdilər, onların arxasıncakazarmayadək gəlirdilər. Hətta hərbi hissə başqa yerə köçürülürdüsə, bu qızlar,bu xanımlar öz sevgililərinin hara göndərildiklərini öyrənib uzaq səfərəçıxırdılar. Lap elə o əfsanəvi dekabrist arvadları kimi, bəli!

Onların dost-tanışlara,özlərindən kiçik qohum-qonşu uşaqlarına göndərdikləri məktublar, bu məktublardakıdadlı xülyalar, çoxlarında taxikardiya yaradırdı. Bəzən də yuxuları qarışan buoğlanlanlar ali məktəblərə qəbul oluna bilmədiklərinə görə bir elə heyfislənmirdilər.Axı uzaq-uzaq ellərdə onları qəhrəmanlıq və sevgi macəraları ilə dolu əsgərlikhəyatı gözləyirdi. Bu məktublar, adi bir "Nataşa" ilə çəkilmişfotolar bir çox yeniyetmə və gənclərə, necə deyərlər, əlaqədar təşkilatların,xüsusilə hərbi komissarlıqların və komsomolun rəngarəng tədbirlərindən daha təsirliolur, onları "vətənin müdafiəsinə" səsləyirdi. Keçmişlərdəqızılaxtaranların Alyaskada nə məşəqqətlər çəkdiyini oxuyub bilənlər isə tələsmirdilər,"lixoratkaya" (qızıl və canan eyni şeydir, təcrübəsiz adamı hara desənçəkib aparar) asanlıqla tutulmurdular.

Yoluxmanın bir səbəbi dəbelə izah olunmalıdı ki, məktub yazanların əksəriyyəti nə az, nə çox, tərtəmiz"külçədən" bəhs edirdilər. Yəni, general qızlarından! Məsələburasındadır ki, əsgərliyə gedib bütün bunların əsasən xülya olduğunu görənlərinbir çoxu da sələflərinin bu "prestijini" davam etdirir, çağırışçıdost-tanışları yeni triumflara ruhlandıraraq illərlə formalaşan doğma, əzizmentalitetimizi zədələmirdilər. O hesabnan Sovet Ordusunda qız atası olan minlərlə,bəlkə daha çox general rütbəli hərbiçinin xidmət etməsi bir qədər tərəddüdyarada bilərdi. Hətta bəzən bu xüsusda "sənəd-sübut" da tələbolunurdu. Sonda məsələ yola verilirdi, gedirdi...

...Bizim tay-tuşumuzAğacəfər Cəfərov əsgərlikdə olarkən qonşu oğlanlara, dost-tanışlara belənçik məktublaryazmadığına görə az qala onu unutmuşduq. Bəlkə də onun əsgərlik keçdiyi hərbihissədə general rütbəli rəis xidmət etmədiyindən və yaxud da potensialgeneralın qızı, övladı olmadığından idi. Kim bilir? Hər nədirsə, Ağacəfər beləməktublar yazmamışdı və əsgərlikdən də bir qədər gec qayıdıb, heç rayona da gəlməmişdi.Gəlmişdisə də, görüşüb analoji macəralar danışmadığından, bu, sayılmırdı.Bir-iki dəfə məndən soruşmuşdular ki, Ağacəfəri Bakıda görüb eləyirəmmi, beləcavab vermişdim: rastlaşmamışam.

Bir müddət sonraqohumlarından biri Ağacəfərin Bakıda milisdə yaxşı bir vəzifədə çalışdığınısöyləmişdi. Sübut üçün onun milis paltarında çəkilmiş 4x6 ölçüdə fotosunu dagöstərmişdi. Özü də kapitan rütbəsi ilə.

Sonralar öyrəndik ki,Ağacəfər həqiqətən o vaxtlar "gecə milisi" geyilən mühafizə bölmələrininbirində sıravi əməkdaşdır. Gələcəkdə Mərdəkandakı milis məktəbinə qəbul olub,orada təhsil almaq, sovet milisində xalqa və dövlətə xidmət etmək arzusuvarmış. Sadəcə bir az tələskənlik edərək milisdə çalışan qonşuları Mirzəninpencəyində şəkil çəkdiribmiş...


TƏQVİM / ARXİV