Alqışlar... 110-cu dəfə

ETİBAR CƏBRAYILOĞLU
72510 | 2019-09-21 10:33

Akademik Musiqili Teatr yeni mövsümə start verir. Əslyaradıcılıq şövqü və bayram ovqatı ilə. Bəs necə? Ötən mövsüm teatra akademikstatusu verilib, buna uyğun olaraq da təkcə teatrın rəsmi nüfuzu yüksəlməyib,həm də burada çalışan böyük bir kollektivin maaşları da əhəmiyyətli dərəcədəartıb. Bayram ovqatı isə qarşıdakı əlamətdar hadisə ilə bağlıdır- 110-cu mövsümbaşlanır.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə yeni mövsüm və kollektivinyeni yaradıcılıq planları barədə danışırıq.

- Bəlkə ənənəni pozmayaq, müsahibəyə ötən mövsümünyekunları ilə bağlı söhbətlə başlayaq?

- Məncə oxucularımız üçün də maraqlı olar, çünkisöhbət tamaşaçıların ən sevimli teatrlarından birinin- Akademik MusiqiliTeatrının ötən mövsüm gördüyü işlər barədə gedəcək.

109-cu mövsüm də kollektivimiz üçün yaradıcılıqbaxımından zəngin və əlamətdar oldu, teatrımıza akademik statusu verildi. Oxucularımızyəqin ki, yaxşı xatırlayırlar, bu il martın 1-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyətvə incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər. Çox səmimi şəraitdə keçənhəmin görüşdə incəsənətimizin, mədəniyyətimizin bu günü, sabahı, dünyadatanıdılması ilə bağlı ətraflı söhbət açıldı, təkliflər səsləndirildi.Teatrlarımızın gördüyü işlər, qazandığı uğurlar və bu sahədə nəzərə çarpanproblemlər haqqında da danışıldı. Həmin görüşdən cəmi bir neçə gün sonra DövlətMusiqili Teatrına akademik statusun verilməsi, teatr sahəsində çalışanlarınəmək haqlarının artırılması barədə sərəncamlar imzalandı. Mətbuatın yaratdığıimkandan istifadə edib teatrımızın bütün kollektivi adından dövlət başçımıza,birinci vitse-prezidentimizə bir daha minnətdarlığımı bildirirəm. MusiqiliTeatra akademik statusunun verilməsi zəngin ənənəsi olan bu kollektivdəçalışmış, mədəniyyətimizə töhfələr vermiş korifey sənətkarlarımızın ruhuna birehtiramdır. Bu gün yorulmadan xalqımıza xidmət göstərən, incəsənətimizi müxtəlifölkələrdə uğurla təbliğ edən əməkdaşlarımızın alın tərinə, zəhmətinə göstərilənqiymət, həm də gələcəkdə burada çalışmağı arzulayan gənclərə bir stimuldur.


Ölkə başçısının sərəncamları ilə keçən mövsümteatrın yaradıcı heyətindən 9 nəfərə Prezident mükafatı, 1 nəfərə isə Əməkdarartist fəxri adı verilib. Dövlət rəhbərinin, eləcə də hörmətli Mehriban xanımınteatrımıza daim diqqət və qayğı göstərməsi bizi hədsiz sevindirməklə yanaşıişimizə daha məsuliyyətlə yanaşmağa sövq edir. Həmişə sənət adamlarının yanındaolan, onlara dəstəyini əsirgəməyən müstəqil və qüdrətli Azərbaycan dövləti iləqürur duyuruq.

Ötən mövsüm qazandığımız uğurlardan bəhs edərkəndeyim ki, dəyərli tamaşaçılarımıza 5 yeni səhnə əsəri təqdim etdik və premyeralarımızanşlaqla keçdi. Teatr ictimaiyyəti, tənqidçilər, mətbuat və daimitamaşaçılarımız yeni hazırladığımız səhnə əsərlərini maraqla qarşıladı, yüksəkqiymət verdi.

- Dünya şöhrətli yazıçı Antuan de-Sent Ekzüperininqələmə aldığı "Balaca Şahzadə” əsərinin teatrınızda səhnəyə qoyulması ciddisənət hadisəsi kimi dəyərləndirildi...

- Həqiqətən də belə bir əsərin beynəlxalq layihəçərçivəsində Akademik Musiqili Teatrda tamaşaya qoyulması yaradıcıkollektivimizə göstərilən bir etimad idi, sevinirik ki, sonda baxımlı, müasirstandartlara uyğun bir iş ortaya qoyuldu. Heydər Əliyev Fondunun dəstəyi iləhazırlanan "Balaca Şahzadə” tamaşasının layihə rəhbəri fondun vitse-prezidentiLeyla Əliyeva idi. Leyla xanım məşqlərə də gəlir, yaradıcılıq prosesi iləmaraqlanır, öz tövsiyələrini verirdi.

- İndi də istərdim yeni mövsümlə bağlıplanlarınızdan danışaq. 110-cu mövsümdə tamaşaçılar hansı yeni əsərləri görəbiləcəklər?

- Hər yeni mövsüm həm kollektivimiz, həm də dəyərlitamaşaçılarımız üçün bir sənət bayramıdır. Teatrımızın 110-cu mövsümü olduğuüçün bayram sevincimiz ikiqatdır. Yeni mövsümün açılışı daha bir əlamətdarhadisə ilə üst-üstə düşdü, bildiyiniz kimi, son günlər Bakıda Üzeyir HacıbəyliXI Beynəlxalq Musiqi Festivalı keçirilir, teatrımızın kollektivi bu musiqibayramı çərçivəsində reallaşan tədbirlərdə yaxından iştirak edir. 110-cu mövsümünün açılışı da dahi bəstəkarınadı ilə bağlı olan beynəlxalq festival günlərinə təsadüf etməsinin də rəmzi birmənası var. Sentyabrın 20-də Üzeyir bəyin ölməz "O olmasın, bu olsun” tamaşasıilə yeni mövsümə start verdik. Tamaşaçılar teatrımızın repertuarında özünəmöhkəm yer tutan bu səhnə əsərində həmin axşam bir yeniliyin də şahidi oldular.Hambal rolunu İranda və Azərbaycanda yaxşı tanınan, Təbriz teatrının istedadlı aktyoru BabəkNəhreyn oynadı.

Tamaşaçılarımız xarici ölkədən dəvət etdiyimiz dahabir tanınmış sima ilə görüşmək şansı əldə edəcəklər. Sentyabrın 27-də İmreKalmanın "Silva” tamaşasını rusdilli publikamız üçün nümayiş etdirməyiplanlaşdırmışıq. Silva obrazını Minsk Akademik Musiqili Teatrının aparıcısolistlərindən biri, Belarusun Əməkdar artisti Marqarita Aleksandroviç ifaedəcək.

Yeni mövsümdə də 5 təzə tamaşa üzərində yaradıcılıqişləri aparmağı nəzərdə tutmuşuq. Məzuniyyətdən qayıdan kollektivimiz artıqparalel olaraq bir neçə yeni əsərin məşqlərinə başlayıb. Əməkdar incəsənətxadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin "Avtobus” pyesi əsasında"Çarəsiz sərnişinlər” tamaşasını hazırlayır. Gənc rejissor Samir Qulamovu dünyaşöhrətli yazıçı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” əsərinə quruluş verməküçün dəvət etmişik. Məşqlərinə başlanan bu tamaşa yaxınlarda yanğın nəticəsindəməhv olmaq təhlükəsi ilə üzləşən möhtəşəm mədəniyyət abidələrindənbirinə-Notr-Dam kilsəsinə həsr edilib.


Müxtəlif illərdə ayrı-ayrı quruluşlarda oynanılan,tamaşaçılarımızın maraqla baxdığı retro tamaşalarımızdan birini yenidən təqdimetməyi düşünürük. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov belə tamaşalarımızdanbirinə- Səid Rüstəmov və Məmməd Səid Ordubadinin "Beş manatlıq gəlin” əsrinəyeni quruluş verəcək.

Tələbkar tamaşaçılarımız Xalq artisti, "Şöhrət”ordenli Afaq Bəşirqızının hər bir yeni rolunu maraqla gözləyir, istedadlıaktrisamızın oynadığı tamaşalara sevə-sevə baxırlar. Yeni mövsümdə Afaq xanımınçoxsaylı pərəstişkarları onu "İstintaq” tamaşasında tam fərqli obrazda görəbiləcəklər. Tamaşaya Xalq artisti Firudin Məhərrəmov quruluş verəcək.

Teatrımız ənənəsinə sadiq qalaraq bu mövsümdə balacatamaşaçılar üçün də təzə səhnə əsəri hazırlayır. Gənc rejissor Əhəd Hacıyevgörkəmli gürcü dramaturqu Nodar Dumbadzenin məşhur "Mən, nənəm, İliko vəİllarion” əsəri əsasında hazırlanan tamaşa ilə məktəb yaşlı tamaşaçılarımızısevindirəcəyik.

- Son illər Akademik Musiqili Teatr müxtəlifölkələrdə keçirilən festivallarda uğurla çıxış edir. Yeni dəvətlər varmı?

- Qeyd etdiyiniz kimi, teatrımız tez-tez beynəlxalqfestivallarda iştirak edir, Azərbaycan incəsənətini, mədəniyyətini yüksəksəviyyədə təmsil etməyə çalışır. Son zamanlar bu sahədə əldə etdiyimizuğurların nəticəsidir ki, nüfuzlu sənət yarışmalarının, beynəlxalqfestivalların təşkilatçıları teatrımızla müntəzəm əlaqə saxlayır.

Ötən mövsümün sonunda teatrın balet truppası qardaşTürkiyənin Bayburt şəhərində keçirilən XXV Dədə Qorqud Festivalında iştiraketdi. Təşkilatçıların, tamaşaçıların balet truppamızı "Festivalın gözü”adlandırması hamımızı qürurlandırdı.

Bu günlərdə daha bir nüfuzlu tədbirə dəvət almışıq,teatrımız gələn ayın 10-dan 15-dək Albaniya Respublikasının Elbasan şəhərindəənənəvi düzənlənən Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.Sayca 21-ci dəfə keçirilən bu festivalda dünyada absurd teatrının yaradıcısıSamuel Bekketin "Qodonun həsrətində” tamaşasını təqdim edəcəyik. Tamaşaya əslənCənubi Azərbaycandan olan tələbəm Yunis Vəlipur quruluş verib, bədii rəhbəriolduğum səhnə əsərində istedadlı bəstəkar Fərəc Qarayevin musiqilərindənistifadə olunub.

Qeyd etdiyim kimi, müxtəlif ölkələrdə keçirilməsiplanlaşdırılan bir neçə festivalın təşkilatçıları bizə dəvət məktublarıngöndəriblər, hazırda bu istiqamətdə danışıqlar gedir. Mədəniyyət Nazirliyi ilərazılaşdırdıqdan sonra bu məsələlərə aydınlıq gələcək. İnanıram ki, həmişəolduğu kimi, nazirlik rəhbərliyi yenə də teatrımıza diqqət və qayğı göstərəcək.Azərbaycandan kənarda da ölkəmizin incəsənətini layiqli şəkildə təmsil edərəkBakıya qayıdacaq, doğma səhnəmizdə, maraqlı tamaşalarımızı daimitamaşaçılarımız qarşısında oynayacağıq. Onların alqışı yeni sənət uğurlarıqazanmağa stimul olacaq.



TƏQVİM / ARXİV