adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2019 17:41
37818
İDMAN
A- A+

Azərbaycan gimnastı Olimpiya Oyunlarına vəsiqə qazandı

Azərbaycan gimnastı Zöhrə Ağamirova 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, Z.Ağamirova çoxnövçülük finallarında 78.725 xal yığaraq B qrupunda 4-cü yer tutub və A qrupunun nəticələrindən asılı olmayaraq ilk 16 gimnast arasında yer alıb.

Gimnast halqa ilə hərəkətlərdə 20.900 xal, topla hərəkətlərdə 19.525 xal, gürzlərlə hərəkətlərdə 21.200 xal, lentlə hərəkətlərdə 17.100 xal toplayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.