Türk oğlanlardan ötrü ölən qızlarımız - Ulucay Akif yazır

71372 | 2019-09-20 14:50

Buyazımda Azərbaycan qızlarının türkiyəli kişilərə qarşı olan böyük sevgi, məhəbbətlərindəndanışmaq istəyirəm.

Bilirəm,bu dediklərimi də inkar edənlər olacaq, məni qınayanlar, hətta söyənlər olacaq,amma olsun. Əsas odur həqiqəti dediyimi öz içinizdə etiraf edəcəksiniz.

İstəyirəmbirinci bu yaxınlarda başıma gələn bir hadisəni sizə danışım.

Ötən günbanklarımızdan birinə getmişdim. Ümumiyyətlə biz azərbaycanlıların üç sevimli məkanıvar: bank, xəstəxana, aptek... Yaxşı, lap dördüncü də qoy olsun çayxana.

Nəysə e.İndi söhbətimiz bu deyil. Getmişdim banka. Sıra nömrəsini götürüb növbəmi gözləməküçün keçib əyləşdim boş yerlərdən birində.

Bankda çoxadam var idi. Ümumiyyətlə bank hər kateqoriyaya aid insanla qarşılaşa biləcəyimiztək-tük yerlərdəndi. Burada çox varlı adamlarla da rastlaşa bilərsiniz, çoxkasıb adamlarla da. Adam var banka elə girir, elə bilirsən bu bankın yox, bankbunun müştərisidir. Pulu çox olan bu adamlara bank işçilərinin, rəhbərliyinin dəxüsusi sevgisi olur.

Adam davar ki, banka son ümid yeri kimi baxır. Həmin adamların banka inamsız girişindənbaşa düşürsən ki, kasıbdır, yüz faiz ya oğluna toy etmək üçün kredit götürməyəgəlib, ya da qızına cehiz almaq üçün. Bank işçiləri o adamlara dünyanın ənaxırıncı, ən lazımsız insanı münasibətini göstərir. Həmin adamlar "gülərüzpersonal” münasibətini görmürlər. Nəysəe... Başqa şey danışacaqdım.

Yəqinsiz də görmüsünüz, banklarda müştərilərə aparat əməliyyatlarını gerçəkləşdirməküçün yardım edən "resepşn” işçiləri olur. Adətən bu işi cavan qızlar görür.

Yenə təxminən25 yaşında bir qız həmin işi görürdü. Adamlar ona yaxınlaşıb ya nəsə soruşurdu,ya da nədəsə kömək etməsini istəyirdilər.

Məninarahat edən, xoşuma gəlməyən bir məqam var idi. Qız müştərilərlə təbəssümsüzdanışırdı, üzündən zəhrimar yağırdı. Fikir verirdim, suallara cavab verəndə, kiməsə kömək etmək üçünaparata yaxınlaşanda mısmırığını sallayırdı.Düşündüm yəqin yorğundur, bəlkə də gördüyü işdən bezib, ya da nə bilim,bəlkə şəxsi həyatında nəsə problem var.

Sonragördüm ki, yox, bu səbəblərə görə belə davranmaz. Qız bundan yardım istəyənyaşlı xanımlara elə davranırdı, elə bil həmin qadınlar bunun qaynanasıdır, nəsəiş buyururlar.

Cavanoğlanlara da, yaşlı kişilərə də elə göz süzdürərək, ağız büzərək cavab verirdi,elə bil bundan sevgilisinin olub-olmadığını, evli, ya subay olduğunu soruşurlar.

Təxminənyarım saat bu xoşagəlməz vəziyyəti, qızın narazı simasını, səsini, hərəkətləriniizlədikdən sonra mənzərə dəyişdi. Qızın üzünə təbəssüm qondu. Elə bil bütün yorğunluğu,bezginliyibir anın içində yox oldu.

Birdən-birənə oldu, necə oldu ki, qızın əhvalı tamam dəyişdi? Deyim də...

Qıza birmüştəri yaxınlaşdı. Cavan oğlan idi. Əgər maraqlıdırsa, deyim ki, oğlan heçyaraşıqlı deyildi, hətta çirkin də sayıla bilərdi. Oğlanın dediyi üç söz qızınağlını başından aldı:

-Banayardım edermisiniz?

Bu sözlərieşidən qız elə bil sehirləndi. Bir anda bahar gəldi, bütün buludlar yoxa çıxdı,külək dayandı, quşlar oxumağa başladı və gün işığı bankın şüşəli qapısındanilahi bir mesaj kimi içəri daxil oldu.

Bayaqdanağsaqqal kişilər ilə danışanda belə uyğun davranmayan qız üzündə yekə bir təbəssümləayağa qalxdı və çox xoşbəxt bir səs tonu iləcavab verdi:

-Tabiki!Xoş gəldiniz! Nasıl yardım edə bilərəm?

YarıTürkiyə türkcəsi, yarı Azərbaycan türkcəsində cümlələr eşidəcəyimi bilsəm də, nəyalan deyim, baç verəcəkləri maraqla dinləməyə və izləməyə başladım.

İlkolaraq qızın hər fürsətdə saçını düzəltməsi diqqətimdən yayınmadı. Oğlan Azərbaycanaoxumağa gəlmiş Türkiyə vətəndaşı idi. Bankda təhsil haqqını ödəməliydi.

Mənuniversitetdə oxuyanda çoxlu türkiyəli tələbə görmüşən, amma onların əksəriyyətitürk olmur. Milliyətçilik söhbəti etmirəm, qətiyyən, amma yəni danışıqlarındangörürsən ki, bu daha çox ərəb kimidanışır, görünüşü də ərəbə oxşayır. Çoxu kürd olur, həm də türkləri sevməyən,özünə "türk” deyiləndə əsəbləşən kürdlərdən, amma bir müddət sonra onlar dabizim qızların Türkiyəli oğlanlara olan sevgisini görüb özlərini "türk!”adlandırmağa başlayırlar.

Universitetillərində fikir vermişdim, bizim qızlar həmin türkiyəli oğlanlarla söhbət edəndəbelə özlərindən gedirdilər, ekstaza düşürdülər.

Bu bankagirən türkiyəli oğlanın danışığından və görünüşündən də kürd olduğu hiss olunurdu. Nə isə. Buvacib məsələ deyil.

Qız hərkəsi başından edib oğlana kömək etməyə başladı. Başqa müştəri yaxınlaşıb nəsəsoruşanda isə "imkan ver də” baxışı ilə cavab verirdi, amma oğlan var deyə təbəssümünüdə əksik etmirdi.

Qızoğlana nə etməli olduğunu ərtaflı şəkildə, çox gözəl izah etsə də, oğlan edəbilmirdi. Bayaqdan hər kəsə qarşı hövsələsiz, səbrsiz, əsəbi, narazı olan qızisə yenə öz təmkinini, təbəssümünü itirmədən oğlana nə etməli olduğunu başasalırdı, kömək edirdi.

Uzun cəhdlərdənsonra oğlan axır ki ödənişini etdi və çeki götürüb heç adi təşəkkür etmədəngetdi.

Qızın üzündəki məyusluğu, kədəri sizə necə izahedim?

Elə bil,illərdir gözlədiyi ağ atlı şəhzadə gəlmişdi, amma tam çata-çatda şəhzadə atınağzını döndərib başqa küçəyə girib gözdən itmişdi.

Hə, qızo oğlana böyük sevgi ilə baxırdı. Bu çox asan hiss olunurdu. Bəs bu sevginin,bu rəftarın səbəbi nə idi? Qız niyə bu qəşəy olmayan oğlana belə münasibət göstərirdi.

Deyimniyə?

O qızüçün bu yaraşıqsız, çirkin oğlanın türkcə danışması belə onu Kıvanc Tatlıtuğ,Burak Özçivit ilə bərabər səviyyədə görməsinə gətirirdi.

Bunun səbəbiisə qızlarımızın bütün günü izlədiyi Türkiyənin düşük sevgi diziləri, filmləridir. O axmaq sevgi filmlərində türkiyəlikişilər elə təqdim olunur ki, qızlarımız harada Türkiyə türkcəsində danışanbirini görsələr, elə bilirlər, bu dəqiqə diz çöküb cibindən üzük çıxardacaq,evlənmə təklif edəcək.

Növbəmçatdı. Resepşnda əyləşən həmin qıza yaxınlaşdım. Qızın üzündən yenə zəhrimaryağdığını görüb dedim:

- Merhaba!

TƏQVİM / ARXİV