adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Sentyabr 2019 14:22
31741
SAĞLAMLIQ
A- A+

Mama-genekoloqların ABORT sevdası

Biz qadın deyəndə yalnız onun zahiri gözəlliyi, cazibədarlığı deyil, həmçinin ana olmasını, dünyaya övlad gətirməsini gözümüz önündə canlandırırıq.Qadının varlığı yer üzündə insan nəslinin daim var olması və coxalmasıdır. Məhz buna görə də müdriklər "ana haqqı- tanrı haqqıdır”- dır deyiblər. Məhəmməd Peyğəmbər isə "Cənnət anaların ayağı altındadır” deyərək qadına məhz bu yeri layiq görmüşdür. Hər dəfə uşaq dünyaya gələndə onun valideynlərini təbrik edirlər. Lakin son zamanlar (dünyanın bir çox ölkələrində bu tendensiya mövcuddur) qadın hamilə olanda, həm özü, həm də ailə üzləri narahat olur, nə edəcəklərini, necə qərar verəcəklərini düşünürlər. Çıxış yolunu isə çox zaman abortda görürlər. Hal-hazırda dünyada ən aktual problemlərdən biri abortlardır. Aborta münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortu tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər.

Azərbaycanda abort halları çoxalır

Azərbaycanda həyata keçirilən sosial siyasət vətəndaşların rifah halının yüksəldilməsi, gələcək nəsilin dövlətin yaratdığı imkanlardan daha səımərəli istifadə etməsi üçün böyük bir stimul yaradıb.Məhz buna görədir ki, Azərbaycanda yeni doğulan uşaqların sayında artım var. Təsadüfi deyil ki, həyata keçirilən bu işlərin nəticəsində 10 milyonunçu cocuq dünyaya gəldi. Ölkəmizdə nəsilartırmanın görünməyən tərəfidə var ki, bu işlərin həyata keçirilməsi nəinki ölkə miqyasında həm də beynəxalq, din səviyyəsində bu addımlar qəbul olunmur. Söhbət ana bətnində olan uşağın alınması, elmi dildə isə abort adlanan problemdən gedir. Bu problemin kökü ta qədimlərə qədər gedib çıxır. Elm və texnikanın inkişafı, səhiyyə sahəsində əldə olunan uğurlar bu sahayə də sirayət edib və abortun edilməsində müəyyən texniki vasitələrdən istifadə edirlər ki, nəticədə bu qadınlar üçün bir növ asan iş əmsalına bərabər olub. Buna görə də, məhz aborta üz tutan xanımların sayı çoxalıb. Araşdırmalar göstərir ki, Beynəlxalq təşkilatlar o cümlədən bir sıra ölkələrin qadağan etdiyi abort Azərbaycanda geniş füsət alıb. Statistikaya görə, ötən il 37 618 qadın abort etdirib. Onlar, əsasən, 18-25 yaş arası qadınlar olub. Abortdan sonra ölkə üzrə heç bir fəsadlaşma baş verməyib, yəni ölüm halı qeydə alınmayıb. Abortlar rəsmi olaraq stasionarda qeydiyyata alınıb.

Saytımız tərəfindən aparılan araşdırmalar zamanı o da məlum olub ki, əksər dövlət xəstəxanalarında, genekoloji mərkəzlərdə həyata keçirilən aborta həkimlər gəlir mənbəyi kimi baxırlar. Belə ki, özəl xəstəxanalarla yanaşı dövlət xəstəxanalarında olan mama-genekoloqlar bu işin günahını deyil, maddi tərəfini düşünərək addım atır. Hər abort 100-300 manat arasında dəyişir. Onu da nəzərinizə çatdıraq ki, saytımızın 27.06.2019-cu il tarixli "Genekoloq Təranə Fətəliyevanın iyrənc əməlləri” başlıqlı yazısında Biləcəri Dəmir Yolu Xəstəxanasının mama-genekoloqu Təranə Fətəliyevanın həm abort həm də qadınlar üzərində həyata keçirdiyi digər əməlləri (qızlığın tikilməsi) ilə bağlı məlumatları işıqlandırmışdıq. Təəssüf ki, bu yazıya nə Biləcəri Dəmir Yolu Xəstəxanası nə də Səhiyyə Nazirliyindən bir cavab oldu. Susmaq razılıq əlamətidir deyiblər. Güman edirik ki, aidiyyatı qurumlar bu məsələlərə göz yummaqla öz səhvlərini boyunlarına alırlar.

Rəsmi məlumatlar da göstərir ki, Azərbaycanda qadınların çoxu ya öz istəyi ilə, ya da ailəsi tərəfindən məcbur edilərək qız uşağını abort edir.

Bu yaxınlarda Sabira adlı bir azərbaycanlı qadın Əlcəzirəyə (Aljazeera) müsahibəsində danışıb ki, əri və ərinin ailəsi onu seçim qarşısında qoyub; bətnindəki qızı məhv etməlidir, yoxsa küçəyə atılacaq. Sabira yeganə qadın deyil. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, uşaqların cinsiyyətinə görə abort edilməsi Azərbaycan cəmiyyətinin böyük problemidir. Əlcəzirə yazır ki, Azərbaycanda qız uşaqlarının abort edilməsinin bir neçə səbəbi var: Azərbaycan kişilərin dominant olduğu ölkədir; ailələr kiçildikcə oğlan uşağı istəyi, təzyiq artır; uşağın cinsini müəyyən etməyə imkan verən texnologiyalar geniş yayılıb. Bütün bunlar uşaqların cinsiyyətinə görə abort edilməsini asanlaşdırır.

Milli Məclisin deputatı Qənirə Paşayeva deyir ki, dövlət problemin həllinə cəhd göstərib, amma qanun qəbul etmək azdır, əhalinin savadlanmasına ehtiyac var.

"Aborta getmək hər bir qadının haqqıdır. Amma uşağın cinsiyyətinə görə məhv edilməsinin qarşısını almaq üçün biz hamiləliyin 3-cü ayından sonra, həkimin razılığı olmadan aparılan abortun qadağan olunmasını istəmişik. Ancaq mən xalqın bu barədə məlumatlanmasının tərəfdarıyam, çünki məsələni yalnız qanunla həll etmək olmaz.”

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, qadınların azlığı gələcəkdə fahişəliyin, adam oğurluğunun, cinsi zorakılığın artması ilə nəticələnə bilər.

Uşağı necə böyüdəcəyinin fikrini çəkən və ehtimal ki, istəmədən hamilə qalan analar haqda bəs nə demək olar? Görün Müqəddəs Kitabda Allahın qanunlarına sadiq qalan insanlara hansı vəd verilir: «Sadiq adamla sadiqsən, pak adama [qadına] qarşı paksan» (Zəbur 18:25). Orada həmçinin yazılıb: «Yehova ədaləti sevir, sadiq bəndələrini tərk etməz» (Zəbur 37:28).

Sonda onu da bildirək ki, SABAHİNFO.AZ saytı olaraq Azərbaycan həyata keçirilən abort və qızlıq pərdəsinin tikilməsi məsələsini araşdırırıq. Yaxın zamanlar bu ypndə daha geniş yazı ilə siz oxucuların görüşünə gələcəyik.

Artıq abortu gəlir mənbəyinə çevrilən həkimlər çox vaxt bu prosesi tibb müəssisəsindən kənarda ya icarəyə ofis götürlər ya öz evlərində həyata keçirirlər. Planlaşdırıq ki, hüquq-mühafizə orqanları və qadın təşkilatları ilə birgə bu araşdırmalarımız geniş vüsət alacaq.

Onu da nəzərinizə çatdıraq ki, Tibb müəssisəsindən kənarda bu kimi işlərin həyata keçiriləmi cinayət sayılır. Hüquqi normativ aktlarda bununla bağlı müddəalar öz əksini tapıb.

Ədil Ədilzadə