Elinanın ruhuna 84 dəqiqəlik sükut

9155 | 2019-09-20 14:21


84 dəqiqə...

Gülümsəmələrilə, istehzasıyla günahkar çıxmadığını jurnalistlərin, kameraların qarşısında qeyd edən direktor Sevinc Abbasovanın 84 dəqiqə ərzində təcili yardım çağırmamağına qazandırdığı bəraətə ağlamaq üçün 84 dəqiqə də bəs eləməz. Uzun cümlə oldu eləmi? Adamı səbri tükənir. Hə, ağrılar içində qovrulan Elinanın da 84 dəqiqəlik uzun bir müddətdə səbri belə tükənmişdi. Direktor deyir ki, polislər gəlmişdi, sorğu-suala baş qarışmışdı deyə təcili yardımı çağırmaq hayında olmamışam. Vəkili də təsdiqləyir ki, Sevinc Abbasova şok vəziyyətində olub. Yəni günahı polislərin üstünə atmaqla özünü təmizə çıxarmaq istəyir. Sual verirəm, şok vəziyyətində ola-ola polisi çağırmış bir adam, niyə vtəcili yardıma zəng vurmayıb? Bunu direktor yox, digər kimlərsə də etsə, əlahəzrət fakt - yəni 84 dəqiqə faktlığında qalır. Niyə təcili yardım yox, polis? Ki, zatən belə məqamlarda təcili yardım gəlibsə, vəziyyətə uyğun polisi özləri çağırırlar. Yəni özünü binadan atmış biri üçün ən birinci çağırılan polis olmalı deyildi.

demək ki, siz bir qız uşağını təşkilatlanmış dəstə şəklində ölümə sürükləmisiniz və qatilsiniz...

TƏQVİM / ARXİV