adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
20 Sentyabr 2019 13:01
17910
ƏDƏBİYYAT
A- A+

“Mənim kitablarımı ermənilər də oxuyur” - Çingiz Abdullayev

"Mən internetdən çox istifadə edirəm. İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur. Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə də tətbiq edilir. Görünür, Azərbaycan dilində olan təhqir sözləri nə Mark Zukkerberqə, nə də digərlərinə hələ də çatmayıb"

Azvision.az xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev "Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxışı zamanı deyib.

Xalq yazıçısı təklif edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilində söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın: "Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır".

Ç.Abdullayev, həmçinin qeyd edib ki, bu gün Azərbaycanda dünyadan köçən bütün Xalq şairləri və Xalq yazıçıları söyülüb təhqir olunurlar.

"Mənim kitablarımı ermənilər də oxuyur. Hətta kitablarım Xankəndi və İrəvanda satılır. Ermənilər mənə "Facebook"da yazırlar, mən də onlara cavab verirəm", - deyə Xalq yazıçısı vurğulayıb.