İldə bir gün - Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
76909 | 2019-09-21 10:05
Selim Acar…

"Bir anda qolumu qaldıra bilmədim, vurulduğumu anladım, güllə qabırğamın altına girmişdi, çətin nəfəs alırdım, ölümü gözləmək lazımdır deyə düşündüm, birinin "Selim öldü” dediyini eşitdim, "mən ölmədim” deyə bilmədim, səsim çıxmırdı, məgər bədənimə üç güllə girmişdi, iç orqanlarım dağılıbmış, əsgərlikdən sonra dörd il özümü minalanmış ərazi kimi axtardım. Hardayam? Nələr baş verir? Beləcə günlərimi keçirtdim, tək-tək şəhid dostlarımın məzarlarını ziyarətə getdm, oramı aidəm, buramı aidəm, bilmirəm, bəzən özümü tualet kağızı kimi hiss edirəm, öz vətənimizi qoruduq amma sanki döşəmə əskisiyik”.

*

Erhan Atik…

"İnsanların laqeyd olması məni çox kədərləndirir. Bəzi insanlar "mənə nə, mənim üçün vuruldunmu?” deyir. Bu sual məni yeyib-bitirir.

*

Erol Aydın…

Zurna-balabanla getdim, qoltuq əsasıyla qayıtdım, bəzi insanlar "dövlətdən maaş alırsan, daha nə istəyirsən?” deyirlər.

*

Erol Ayhan…

"Qara ciyər, bağırsaq, böyrək, ürək, beyin, beyin əməliyyatı, üç ay içində 41 əməliyyat keçirtdim, ayağımı diz tərəfdən kəsdilər, illər keçdi, hələ də bədənimdən qəlpələr çıxır, biz qaziləri biz qazilərdən başqa heç kimin anlamadığını gördüm”.

*

Reşat Bakır…

"Əsəblərim çox həssas idi, protez taxanda canım çox yanırdı. Elə hey evdə idim, çölə çıxa bilmirdim, amma uşaqlar bunu anlamır ki… Oğlum yanıma gəldi, israr etdi, birlikdə parka getdik, skamyada oturdum. Yelləncəyə minmək istəyir, sürüşkəndən sürüşmək istəyir, onunla birlikdə oynamağımı istəyir, ətrafına baxır, ataların hamısı uşaqlarını qucaqlarına alır, oğlum da eynisini istəyir, ha istədim ki, özümdə güc tapım, uşağı qaldırmaq istəyəndə ikimiz birlikdə yıxıldıq”.

*

Mehmet Çamkerten

"Vuruldum, kürəyi üstə yerdə qalmışam, o anda yanıma əl bombası düşdü, qalxmaq istəsəm də qalxa bilmədim, şəhadət gətirdim, əl bombası partlamadı. İndi televizorda seyr edirik, bir bələdiyyə avtobusunun sürücüsü ik iqolu, bir ayağı olmayan qaziyə "şərəfsiz” deyə bağıra bilir, 16 dostum boşuna şəhid olub, boşuna qazi olmuşuq”.

*

Rafet Değerli…

"Kəndə hücum etdilər, ora gedəndə şok oldum, sobanın içindən 6 aylıq körpəni çıxartdım. Kəndi tərk etdik. On dəqiqə getmişdik ki, minanın üstünə çıxdım, sol ayağlm, barmaqlarım hamısı getdi, dizimə qədər yanmışdım. 2000-ci illərə qədər qazinin bir mənası var idi, hara getsək, dövlət qurumlarında müdir belə qapıda qarşılayardı, gülər üzlə buyur deyərdi. Qazinin artıq mənası yoxdur, dəyəri yoxdur.

*

Metin Erdem…

"Mərmi qırıntıları gəldi, gözlərim axdı, atam şəhid oldum deyə kənddə məzarımı qazdırdı, bu gün belə hələ də başımı hiss etmirəm. Sonra gedib Abdullah Öcalanla müzakirə etdilər”.



*

Fazlı Ersan…

"Atışmada idik, əlim qopdu, ağlımı itirdim, bir ara buludların arasında getdiyimi gördüm, dedim, yəqin şəhid olmuşuq. Türk-kürd qarşıdurması deyirlər, mənim həyat yoldaşım kürddür, nə qarşıdurma? Bir yerə gedəndə qazi olduğumuzu deyirik, vəba xəstəsi kimi baxırlarş Artıq polis də qaziyə hörmət etmir”.

*

Zekeriya Gökyar…


" Belim qırıldı, iflic oldum, 19 ildir yatağa bağlı yaşayıram, haqqımı halal etmirəm”.

*

Kadir Garip…

" Reklam lövhələrinə "referendumda "hə” demək şəhid ailələrinə və qazilərə pozitiv ayrıseçkilik deməkdir” deyə yazmışdılar, tam tərsinə vəziyyətimizin daha da pisləşdi. Küçədə gördüyüm uşaqlar mənə baxanda, lənət oxuyuram bu həyata. Mənə "ata” deyən bir uşaq səsi eşitmək istəyirəm. İşlədə bilmədiyim ayaqlarıma inad, qaçıb-hoppanan bir övlad istəyirəm. Çox şeymi istəyirəm?”.

*

Yunus Kara…

"Sol ayağım kömürə dönüb, sağ ayağım dizimin üstündən qopub, üstümdə sadəcə boş kəmər qalmışdı. İndi haqlarımız elə qısılıb ki, istədiyimiz protezi belə ala bilmirik, ayağımın canlısını verdim saxtasını ala bilmirəm”.

*

Ömür Karaman…

"20 yaşında hərbi xidmətə getdim, 37 yaşındayam, 17 ildir müalicə alıram, 20 dəfə əməliyyat olundum, 93 faiz əngəlliyəm, heç vaxt sosial həyatım olmadı, evliliyi düşünməyə vaxtım olmadı, bütün ömrüm, gəncliyim xəstəxanada keçdi, millətin qürurunu, namusunu qoruyarkən bu hala gəldik, indi çevrəmdə bəziləri "Ömürün psixologiyası pozulub2 deyirlər. Mən də "Allah heç kimə mənim yaşadıqlarımı yaşatmasın da, qoy məni anlamasınlar” deyirəm.

*


Selami Karanfil…

"Qazi olaraq qürur şəkildə yaşamırıq, milli bayramlarda bayraq asmağa cəsarətim qalmadı, Mustafa Kamal Atatürkün olmadığı yol qaranlıqdır. Türkiyə təəssüf ki yolunu azıb”.

*

Hüseyin Kocalar…

"Ayağıma baxdım, yox idi. İnşallah yuxudur deyə dua edirdim, amma yuxu deyildi. Hökümət bizə yaxşı gözlə baxmır. Biz Vətənimizi qorumaqdan başqa nə etdik?”.

*

Sabahattin Külah…

"Mənim ayağımı alan adamlar indi Milli Məclisdədirlər!”.

*

Bektaş Oruç…

"Şəhid üçün üsyan etmirsən, qazi üçün üsyan etmirsən, "bu uşaq 20 yaşında kor olub, qolu-ayağı qopub” demirsən, neyləyim belə xalqı, neyləyim belə dövləti!”.

*

Kadir Özbayar…

"Başımdan vuruldum, qazi sayılmıram, qazi ola bilmək üçün illah da qaçaqmalçı olmaq lazımdı?”.


*

Cengiz Özerden…

"Bələdiyyə avtobusuna bir dəfə minmişəm, avtobus sürücüsü "keç, keç, müftəxor” dedi, bir də bələdiyyə avtobusuna minmədim”.

*

Hüseyin Sevik…

"Heç kimə möhtac deyilkən qucaqda daşınmağa başladım, bir az səsimiz çıxsa "sənə iş veririk, maaş veririk, daha nə istəyirsən?” deyirlər, bu saatdan sonra mənə dünyanı da versəniz, nə olacaq ki?”.

*

Ömer Sevinç…

" 51 əməliyyat keçirtdim, 14 ildir xəstəxanada yaşayıram, nə vaxt çıxacağım bəlli deyil, bir gözümü, iki ayağımı itirdim, indi bizə "qazilik sector oldu” deyirlər. Allah bir gün bunların hesabını sizdən soruşacaq!”.

*

Cemil Şenoğlu…

"Artıq yarım insanam, hökümət bizdən çox terroristləri önəmsəyir”.

*

Ersin Taştan…

"Adamlar gözümüzün içinə baxa-baxa "mən Pkk-lıyam” deyir, biz "qaziyəm” deməyə utanırıq”.

*

Engin Tunç…

"Bu ölkədə qazilərin lehinə çıxarılar qanun varmı? Mən heç eşitmədim”.

*
Hüseyin Turan…

"Minaya düşdüm, ayağımı gördüm, avazım çıxdığı qədər bağırdım, qəbul edə bilmirdim, o an ölmək istədim, belə yaşaya bilmərəm deyə düşündüm, palataya gətirildim. Bir gün tualetə getdim, əl-üzümü yumaq istədim, gözgüyə baxdım, qorxudan bağırdım, üzüm, saçlarım, qaşlarım yanmışdı, fərqinə deyiləmmiş. Bu gün Türkiyəyə baxıram, itirdiklərimin heç bir dəyəri yox imiş”.

*

Yavuz Yücel…

"Vətənsevərlikmi qaldı? Toplummu mənfəətçi oldu? Bilmirəm”.

*

Halil Mısırlı…

"Millət bizi unutmasın, həyatdan başqa bir şey istəmirəm”.

*

Dəyərli dostlarım, Koray Gürbüz tərəfinədn qələmə alınan "Unutmayın” adlı kitabdan sətirlər idi bunlar. Oxuyarkən darmadağın olduğunuzdan əminəm, amma həqiqətdir bunlar.

*
Koray gizir idi.

Bir deyil, iki dəfə qazi.

1991-ci ildə Şırnak Gabarda vuruldu, hələ 18 yaşında idi, dörd dəfə əməliyyat olundu, geri qayıtdı.
1996-da Siirt Karadağlarda pusquya düşdülər, 18 şəhid verdik, Korayı ölü bilib atışma zonasında qoydular, amma ölmədi. Bir böyrəyi yox, dalağı yox, öd kisəsi yox, bağırsaqlarının bir qismi yox, qara ciyərinin yarısını kəsdilər, ayaqlarında və qollarında qırıqlar var idi, altı ay komada yatdı, 23 dəfə əməliyyat olundu, sol ayağı 2 sm qısaldı, sol tərəfini hiss etmir, sol qolunu işlədə bilmir.

Çünki…

14 güllə və qəlpələr…

*

Türkiyə rekordu qazi Hacı Altınerə aiddi. 1951-ci ildə Koreyada bədəninə 14 güllə dəymişdi, ölməmişdi. Koray bu rekordu təkrarladı.

*

Yılmaz Yiğit məsələn, dəyərli adaşım.
Adı kimi yılmaz, soyadı kimi igid.
2007-ci il idi.
Şırnakda idi..
"Terrorist qrupla təması gözləyirdik ki, olduğumuz yer havaya uçdu. Əvvəlcədən partdadıcı ilə tələ qurublarmış. 21 nəfər idi, hamımız yerə sərilmişdik. Bədənimə elektrik verilmişdi sanki. Sol qolum yox idi, ayağıma sanki qaynar su tökülmüşdü, ayağım da yox idi. Baxdım ki, ayağın parçaları elə ayağımın alt tərəfindəki çuxurdadır. Kəlimeyi-şəhadətimi gətirdim, atışma davam edirdi, tüfəngim də yox idi, qolum ərimiş plastic kimi yerə damcılayırdı.


*

O an fərqinə varmamışdı Yılmazım.
Sol gözü də getmişdi.

*
Ya da məsələn...

"Sabah bizdən yazmağı unutmayacaqsan, ağabəy, deyilmi? deyə israrla zəng vuran dəyərli qardaşım İzzet Ertunç.

*

1996-da Batmanda minaya düşdü.
İki yaağını itirdi.


*

Keçən il Anıtkabirə gəldi.

Əlil arabasıyla pilləkənləri düşə bilməyi mümkün deyildi. Varlığıyla qürur duyduğumuz dəniz heyəti polkovniki Ali Türkşen də oradaydı. İzzəti kürəyinə aldı, Atatürkün mavzoleyinə çıxartdı.

*
Qəhrəmanın kürəyində qəhrəman.
Ən böyük qəhrəmanımızı salamladılar.

*

Bu gün 19 sentyabr.
Qazilər günüdür.
Mustafa Kamala TBMM tərəfindən "qazi” adının verildiyi gün.
*
Bizlər sadəcə Mustafa Kamalın əsgərləriyik.
Onlar "qazi” Mustafa Kamalın əsgərləri.
*
Vətən deyilən anlayış...
Şəhidlərimizlə birlikdə bu insanalrımızdır.
*
Bələdiyyələrdəki, tenderlərdəki oğurluqlardan komisiya haqqı istəmirlər.
Cəmi-cümü ildə bir gün maraq dairəsində olmaq, hal-əhvallarının soruşulmasını istəyirlər, bu qədər.
*
Hörmətli demokratik hökümətimizdən, lütf edib qazilərə bir az da diqqət ayırmasını rica edirik.
*
Oğulları PKK-ya qoşulan analara göstərilən imisti qayğının, diqqətin heç olmasa bir azının qazilərimizə, analarına, həyat yoldaşlarına, övladlarına göstərilməsini rica edirik!



Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV