Faiq QİSMƏTOĞLU: ... VƏ O BÖYÜK KİŞİ

FAİQ QİSMƏTOĞLU
51264 | 2019-09-21 10:00

...İstedadlı adamlar gün işığı kimidi. Və bu gün işığı harda olmaslndan asılıolmayaraq, göy üzündən həmişə boylanıb Yer üzünü öz nuruna qərq edib. O işığın,o nurun qarşısını buludlar bir anlıq alsa da, yenidən o işıq dünyanını öznuruna bələyib...

... Çoxistedadlı adamlar tanıyıram və onların bir çoxundan ehtiyat eləyə-eləyə, qorxa-qorxa özlərinin xəbəriolmadan yazılar qələmə almışam. Bu yazıları mənə kimsə xahiş eləməyib və o yazılarıürəyimin, qəlbimin səsiylə yazmışam...

...Yazandansonra qorxmuşam ki, bu cür istedadlı adamlar, söz ustaları, şairlər, yazıçılarməndən narazı qalarlar. Böyük şair Zəlimxan Yaqub barəsində yazı qələmə alandada, gün işığı kimi təmiz və duru Vaqif Bəhmənlinin dünyasından yazanda da,istedadlı yazıçı-publisist, millət vəkili, tələbə dostum İmamverdi İsmayılovunvə böyük Tofiq Abdinin yaradıcılığından, işıqlı dünyasından danışanda da bu həyəcanlarıyaşamışam. Yazı dərc olunandan sonra o böyükistedad sahibləri mənə telefon açıblar. Və ilk telefon açan da xalq şairi ZəlimxanYaqub olub. Səsini eşidəndə qorxmuşdum. Dedim yəqin böyük şairin yazı xoşuna gəlməyib.Dinləyəndən sonra isə ürəyim sakitləşdi. Dedi ki, məni heç kim təəccübləndirməyib,ancaq sən təəccübləndirdin...

... Oyazıdan sonra yazıçı-publisist İmamverdi İsmayılovdan, böyük şair Vaqif Bəhmənlidənvə böyük publisist Tofiq Abdindən yazılar qələmə aldım. Bilmirən, onlar razıqaldı, ya qalmadı, amma bildiyim o idi ki, mən çətin mövzulardan yapışırdım.Tofiq Abdin deyirdi ki, yaxşı eləyib yazmısan. Sənin yazıların elə bizim özümüzəbənzəyir. Tam fərqli bucaqdan, fərqli tərəflərdən yanaşmısan, hər şey əladı. Ürəklənibbu mövzuda yazılarımı davam elətdirdim...

Mənimbir dostum var – yazıçı-publisist, pedaqoq, gözəl ziyalı Səməndər Məmmədov.Onun "Ədalət” qəzetində çox gözəl yazıları dərc edilib. Amma bir yazısı ürəyimin"sarı siminə” toxunmuşdu. Səməndər müəllim 40 ilə yaxın tanıdığı və duz-çörək kəsdiyiistedadlı jurnalist, yazıçı-publisist HəmzəVəliməmmədovun "Dağdan ağır kişilər” kitabı haqqında öz ürək sözlərini, düşüncələriniqələmə almışdı. Bu publisist yazını oxuyandan sonra Həmzə müəllimin nə qədəristedadlı, nə qədər böyük ürək sahibi olduğunu, nə qədər vətənini, xalqınısevdiyini duydum. Və onu da duydum ki, Həmzə müəllim elə özü də dağdan ağırkişilərdəndi. Çünki o cür gözəl, publisist yazıları, ancaq dağdan ağır kişiləryaza bilər. Həmin yazıların hər sətrində, hər cümləsində bir insan ürəyi, birinsan qəlbi döyünür. Və Lerikin dağdan ağır kişilərini Həmzə müəllim Azərbaycanoxucusuna tanıtdırır və sevdirir...


"Əməkdarjurnalist” Həmzə müəllimlə bağlı mənə dostum Səməndər Məmmədov o qədərdanışmışdı ki, istər-istəməz o böyük kişiyə, o dağ vüqarlı kişiyə mənim ürəyimdəbir sevgi yaranmışdı. Və düşünürdüm ki, elə bu cür ziyalılar ancaq dağ adamlarıola bilər. Çünki heç kəsin xətrinə dəyməsin, dağ adamları aranlılara nisbətəndaha böyük qəlbə, daha böyük ürəyə, daha böyük, daha böyük, işıqlı dünyayamalikdilər. Onların içdiyi su, udduğu hava təmiz olduğu kimi, özləri də bulaqsuyu kimi dupduru olurlar. O adamların qəlbində heç vaxt xəbislik, paxıllıq,xainlik və mərdiməzarlıq ola bilməz. O adamların əlindən ancaq yaxşılıq gələbilər...

... Buyaxşı adam, bu nurlu adam mənim dostum Səməndər müəllimlə uzun illər dostluqedib. Belə ki, Səməndər Məmmədov ADU-nunfilologiya fakültəsini bitirəndən sonra təyinatla Lerik rayonunun Vistən kəndinədil-ədəbiyyat müəllimi göndərilib. Həyat yoldaşı Şahpəri xanımla orda düz 4 ilmüəllimlik eləyib. Və onda da o böyük kişi, Həmzə Vəliməmmədovla tanış olub. Həmindövrdə Həmzə müəllim rayonda çıxan "Bolluq uğrunda” qəzetin redaktoru işləyirmiş.Üstəlik də Səməndər müəllimin əmisi, "Sovet kəndi” qəzetində şöbə müdiri vəzifəsindəçalışan, Məmməd Məmmədovla dostluq edirmiş. Bu dostluğa sadiq olan o böyük kişiSəməndər müəllimə arxa durur, söykək olur və ona bir növ böyüklük eləyir. O, Səməndərmüəllimin istedadını görüb qəzetdə çıxış etmək üçün imkanlar yaradır...

SəməndərMəmmədov da Cəfər Cabbarlının 70 illiyi ilə əlaqədar "Sevili sevilən, Yaşarıyaşayan” adlı gözəl bir məqalə yazır. Bu məqalə qəzetdə çap olunur, əks-səda yaradır.Uğurlu yazıdan sonra Həmzə müəllim ona tez-tez tapşırıqlar verir və Səməndər müəllimdə maraqlı, orijinal məqalələri, oçerkləri, zarisovkaları ilə çıxış edir. Buyazılar Səməndər müəllimi rayonda tanıtdırır və sevdirir.

... Birgün tanımadığım nömrədən mənə zəng gəldi. Sözün düzü, həmin nömrəni əvvəlcəgörməmişdim. Amma iki saatdan sonra yenidən telefonuma həmin nömrədən zəngçalındı. Açdım və tanımadığım adamın çox şirin, səmimi və yaddaqalan səsinieşitdim:

- FaiqQismətoğludu?

- Bəli –dedim.

- Lerikdənsizi Həmzə Vəliməmmədov narahat eləyir.

- Eşidirəm– dedim.

Həmzə müəllimfikrini davam etdirdi:

- Mənsizin bütün yazılarınızı izləyirəm. Özüm də uzun müddət qəzet redaktoru işləmişəm,səksəndən çox yaşım var. "Ədalət”in hər nömsini maraqla oxuyuram. Eləyazılarınız var ki, hətta kəsib saxlamışam. İndiki qəzet bolluğunda yaxşıyazılar çox azdı. Mövzularınız rəngarəngdi, maraqlıdı və oxucunu özünə çəkir...

... Sözündüzü, belə bir böyük ziyalının telefon açmağı və yazılarım haqqında xoş söz deməyiməni çox sevindirdi. Yəni Həmzə müəllim kimi istedadlı, təcrübəli, savadlı jurnalistin,yazıçı-publisistin bu cür fikirlər səsləndirməyi bir müəllif olaraq məni dahaçox məsuliyyətli olmağa və axtarışlar aparmağa səsləyir. Əlbəttə, təcrübəli,savadlı ziyalılardan çox şey öyrənmək lazımdı. Təəssüf ki, bu gün bizim bir çoxistedadlı gənclərimiz nə yaşlı nəslin tövsiyələrini qəbul edir, nə də iradlarıilə razılaşırlar. Elə bilirlər ki, alçaq dağları onlar yaradıb. Amma bilmirlərki, ağac nə qədər bar versə, başını dik tutmur, özündən razı olmur və başınıaşağı əyir...

... Şəxsənmən həmişə özümdən istedadlı, savadlı və təcrübəli yazarların bütün tövsiyələrini,iradlarını qəbul eləmişəm və göstərilən iradları da aradan qaldırmışam. Vaqif Bəhmənlikimi istedadlı və böyük bir şair həmişə deyir ki, sənin ən zəif yazılarını da oxuyuram.Dəfələrlə mənə o böyük şair yazılarıma görə, iradlarını bildirib və mən də onöqsanları aradan qaldırmışam. Sonra görüşəndə deyib ki, bax, indi hər şey özaxarında gedir...

... Və mənHəmzə müəllimin, o böyük ziyalının ancaq səsini eşitmişəm və bir də dostum Səməndərmüəllimin onun haqqında bitib-tükənməyən bal kimi şirin söhbətlərini dinləmişəm.Eşitmişəm ki, Həmzə müəllim dağdan ağır kişilərdən biridi... Eşitmişəm ki, Həmzəmüəllimin dağ boyda ürəyi var... Eşitmişəm ki, Həmzə müəllim bir adama yaxşılıqeləyəndə onun sevincini yaşayır...

... Köhnəkişilər və dağdan ağır kişilər həmişə belə olublar; heç vaxt özlərini çəkibdağın başına qoymayıblar. Sadə, zəhmətkeş adamlara vəzifədə olanda heç vaxtyuxarıdan aşağı baxmayıblar. Ona görə də vəzifələri olmayanda onlar əməli-salehişlərinə görə, öz xalqının, millətinin gözünün içinə dik baxıblar. Və Həmzə müəllimdə belə kişilərdən olub. Nəinki Lerikdə,Azərbaycanda onu hamı ağayanə, mərd və sözünün sahibi olan kişi kimi tanıyır. Vəona görə də bu gün onun elin, obanın vəcamaatın qarşısında alnı açıq, üzü ağdır...

... Onunsəsini dinlədim və o səs bu gün də qulaqlarımda səslənir. Və o səsdə mən birbal şirinliyi, bir əzəmət, bir qürur, bir ağsaqqallıq hiss etdim. Hiss etdimki, dünyamız bu cür dağdan ağır kişilərin çiynindədir. O çiyin dağdan ağır yüküdaşımağı bacarıb və bacarır...

... Və oböyük kişi ilə bağlı yazımı dostum və qonşum Səməndər Məmmədovu Həmzə müəllimin75 illiyinə həsr etdiyi şeirlə tamamlamaq istəyirəm:


Od kimialışdın, sönmədin heç vaxt,

Doğru-düzyolundan dönmədin heç vaxt,

Öz ucazirvəndən enmədin heç vaxt,

Qələminitidir, ay Həmzə qağa,

Sözünqiymətlidir, ay Həmzə qağa.


Haqqa sənhaqq dedin, haqqı danmadın,

Budaqdan-budağauçub qonmadın,

Arxan,dayağındı öz təmiz adın,

Yazıb-yaradırsan,ay Həmzə qağa,

Beləyaşayırsan, ay Həmzə qağa.


Satmadınsözünü sərvətə, vara,

Sən ağaağ dedin, qaraya qara.

Hər kəlmənnur oldu qaranlıqlara,

Çağlayırilhamın, ay Həmzə qağa,

Təmizdivicdanın, ay Həmzə qağa.


TƏQVİM / ARXİV