adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2019 11:57
22275
DÜNYA
A- A+

Türkiyədə 74 hərbçinin həbsinə qərar verildi

İstanbul Prokurorluğu "Fətullahçı" terror təşkilatı (FETÖ) ilə gizli əməkdaşlıqda şübhəli bilinən 74 hərbçinin həbsinə qərar verib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri artıq onların həbs edilməsi ilə bağlı əməliyyatlara başlayıb.

Barəsində həbs qərarı çıxarılan hərbçilərdən 25-i Türkiyə Quru Qoşunları Komandanlığında, 7-si Hava Qoşunları Komandanlığında,10-u Dəniz Qoşunları Komandanlığında, 2-i Sahil Mühafizə Komandanlığında, 30-u isə Jandarma Ümumi Komandanlığında fəaliyyət göstərir.