adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Sentyabr 2019 11:00
11631
HADİSƏ
A- A+

Bakıda kafe sahibi itkin düşüb

Bakı şəhərində 34 yaşlı kişi itkin düşüb.

Adalet.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Sabunçu rayon sakini Seyidağa Vəliyev sentyabrın 18-də oğlu, 1985-ci il təvəllüdlü Əmişağa Vəliyevin itkin düşməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edib.

O bildirib ki, özü ilə eyni ünvanda yaşayan oğlu Ə.Vəliyev iyulun 9-da, saat 10:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində işlətdiyi "Zambaq” kafesinə getmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqdi RPİ-nin 6 PB-də araşdırma aparılır. (report)