adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2019 17:45
37338
İDMAN
A- A+

Aliyə Qarayeva: Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur

Azərbaycan gimnastı, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı Aliyə Qarayeva Bakıda davam edən bədii gimnastika üzrə 37-ci dünya çempionatını qonaq qismində izləyir.

Trend-in məlumatına görə, A.Qarayeva Azərbaycan millisinin uğurlarını daha yaxından izləyir.

Gimnast Bakıda yarışın yüksək səviyyədə təşkil olunduğunu deyib:

"Milli Gimnastika Arenasının zalı əladır. Mən Avropada işləmişəm və deyə bilərəm ki, Azərbaycanda olan şərait başqa heç yerdə yoxdur. Mən Azərbaycan millisinin uğurlarını izləyirəm, sadəcə həmişə yarışı əvvəldən axıradək izləmək mümkün olmur”.

A.Qarayeva bildirib ki, hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur:

"Mən indi Almaniyanın regionlarının birinin yığma komandası ilə işləyirəm. Fikrimcə, yetirmələri xalçaya çıxarmaq, özünün çıxmağından daha çətindir”.

Dünya çempionatında ilk dəfə çıxış edən Y.Luzan həyəcanın öhdəsindən gələ bilməsi üçün tamaşaçıların dəstəyini vurğulayıb:

"Tamaşaçılar yarışa köklənməyə kömək edir. Bu gün həyəcanlanırdım və kiçik səhvlərə yol verdim. Bu gün Azərbaycanı təmsil etdiyimiə görə xalçaya qürur hissi ilə çıxdım”.

Komandanın lideri Zöhrə Ağamirova hesab edir ki, bu gün əvvəlki günlərə nisbətən daha uğurlu çıxış edib: