adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2019 17:12
17125
SİYASƏT
A- A+

Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA

Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr, tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.

Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Milli Məclisin Müdafiə,təhlükəsizlikvəkorrupsiyailəmübarizəkomitəsinin sədr müavini Aydın MirzəzadəOxu.Az-a açıqlamasında deyib ki, sərhədlərimizin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məsələləri həmişə diqqətdədir.

Deputat bildirib ki, təhlükəsizlik kompleks sahədir və bu, hər zaman diqqətdə olacaq.

"Büdcəyə daha çox vəsaitin daxil olmasından irəli gələrək müəyyən bir hissə təhlükəsizlik sahəsinə yönəldiləcək. Amma onun məbləğini dəqiq bilmirik”, - deyə A.Mirzəzadə əlavə edib.

A.Mirzəzadə onu da qeyd edib ki, müdafiə və təhlükəsizlik xərclərinin artırılması heç də yeni silahların alınması mənasını vermir.

"Yeni silahlar ehtiyac olduqda, operativ şəraitin tələbləri çərçivəsində alınır. Müdafiə xərclərinə isə eyni zamanda hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması, hərbi şəhərciklərin yenidən qurulması və sair məsələlər daxildir”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7milyonmanat və yaxud 1,7% çoxdur.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri27 milyard 605 milyon 300 min manat, xərcləri isə28 milyard 192milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 minmanat təşkil etməlidir.