adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2019 15:36
19360
DÜNYA
A- A+

Tramp Meksika ilə sərhəddə tikilən divara imza atdı

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə tikilməkdə olan divara öz imzasını həkk edib.

Trend-in məlumatına görə, D.Tramp inşaat işləri ilə tanış olmaq üçün sərhədyanı San Dieqo şəhərinə gəlib.

Orada prezident işçilərdən birinin xahişi ilə xüsusi markerlə divara imza atıb. Digər rəsmi şəxslər də daha sonra divara öz imzalarını qoyublar.

ABŞ-Meksika sərhədində qeyri-leqal miqrantların qarşısının alınması üçün ucaldılan divarın hündürlüyü 9 metr təşkil edəcək.