adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Sentyabr 2019 14:30
9742
MƏMLƏKƏT
A- A+

İsmayıllıda “Kartof Festivalı”nda kütləvi zəhərlənmə

İsmayıllıda kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:

"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib".

Nazirlikdən bildirilib ki, zəhərlənmənin hansı səbəbdən baş verdiyi tibbi ekspertizadan sonra müəyyən ediləcək.