adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2019 14:19
20461
DÜNYA
A- A+

İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ABŞ əleyhinə bir sıra layihələri araşdırır.

Adalet.az-ın məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni deyib.

H.Nəqəvi Hüseyninin sözlərinə görə, bu layihələr 22-23 sentyabrda komissiyada araşdırılacaq.

Sözçü əlavə edib ki, layihələrdən biri ABŞ-ın bəzi rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədardır.

Komissiya sözçüsü sanksiyalarla ABŞ-a qarşı sərt addımların atılacağını deyib.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyaların siyahısını bir neçə mərhələdə genişləndirib.

İran da buna adekvat olaraq avqust ayında ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və fondun direktoru Mark Duboviçi ABŞ-a qarşı sanksiyalar siyahısına daxil edib.