adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2019 14:08
32916
KRİMİNAL
A- A+

Bakıda qətl törədən 22 yaşlı keçmiş məhkumun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Adalet.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bidirilirb ki, K.Səttarlı əvvəllər də məhkum olunub.

Məhkəmənin baxış iclası sentyabrın 24-ə təyin edilib.

İttihama görə, bu ilin martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.