adalet.az header logo
  • Bakı 6°C
19 Sentyabr 2019 13:15
19981
DÜNYA
A- A+

İranda yenə zəlzələ baş verdi - TƏFƏRRÜAT

İranın cənub-şərqində, Kirman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Adalet.az-ın məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi xəbər yayıb.

Məlumatda bildirilir ki, zəlzələ Qolbaf rayonunun 3 kilometrliyində, 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 11:54-də baş verib.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, son bir neçə gündə İranın bir sıra vilayətində 4 baldan yuxarı zəlzələlər baş verib.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində, Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb. (trend)