adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2019 11:27
20103
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU:TRABZONUN SON GECƏ ŞEİRİ































Hamı bilir, sirr deyilki yazdığım -
Göz yaşıdı, ayrılıqdı hər vida...
Ürəyimə mən duz kimi basdığım -
Hələlikmi, yoxsa gülüm, əlvida...

Ovuclarım bərk-bərk sıxır başımı
Ağır yerdən götürmüşəm daşımı...
Mən heyrətlə, ha catsam da qaşımı -
Təzələnir yaddaşımda hər nida...


Ara vermir sualların axını
Ayrı salır bəzən dostu, yaxını...
Kim qopartdı son arzumun tağını?-
Düzülən üc nöqtələr də pər , nida....

Ha assam da mən qapımdan at nalı
Tək özüməm bu qapıdan atmalı...
Məni güdən dərd boğazı qatmalı,
Gözlənilməz şərdi vallah, şər , vida!

Əbülfətlik iş qalmadı bu yerdə
Ağrılara o uduzdu dueldə...
İynə gəzib qapqaranlıq tuneldə -
Təmtaraqsız pıcıldayır: - Əlvida!..