adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Sentyabr 2019 09:19
29923
KRİMİNAL
A- A+

13 yaşlı yeniyetmə anasına mesaj yazan şəxsə 7 bıçaq zərbəsi vurdu

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Azadlıq prospektində 13 yaşlı Murad adlı şəxs 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğluna bıçaqla xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, R.Məmmədova 7 bıçaq zərbəsi vurulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən yeniyetməni saxlayıb.

O, ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.

Hadisənin təfərrüatı araşdırılır.(oxu.az)