adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2019 17:24
66979
TEXNOLOGİYA
A- A+

Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC tərəfindən mətbuat nümayəndələri üçün təşkil edilən növbəti ingilis dili kursları başa çatıb. Şirkət sentyabr ayının 18-də kursu müvəffəqiyyətlə bitirən jurnalistlərlə görüş keçirib. Tədbirdə çıxış edən "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, mətbuat nümayəndələrini cəmiyyətin rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində şirkətin əsas tərəfdaşı adlandırıb. "İctimai fikrin formalaşmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində töhfəniz böyükdür və danılmazdır” deyə Vahid M. öz çıxışında bildirib. Tədbirin sonunda iştirakçılar Azercell şirkəti tərəfindən sertifikat və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, 6 ay davam edən kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb. Məşğələlər "Language Solutions” şirkəti tərəfindən bir neçə səviyyəli proqram üzrə tədris olunub.

"Azercell Telekom” MMC qloballaşma dövründə mətbuat nümayəndələrinin daha çox resurslara çıxışını təmin etmək, eləcə də onların beynəlxalq əlaqələr qurmasına və təcrübə mübadiləsindən faydalanmasına şərait yaratmaq üçün müntəzəm şəkildə müxtəlif peşəkar təlimlər və xarici dil kursları keçirir. Şirkət 22 illik fəaliyyəti boyunca ölkədə jurnalistikanın inkişafına dəstək olmaq məqsədilə bir çox layihələri reallaşdırıb. Məlumat üçün bildirək ki, indiyədək 500-ə yaxın jurnalist Azercell şirkətinin təşkil etdiyi ingilis dili kurslarının iştirakçısı olub.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.1% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini, əhalinin 86.2%-ni əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.