adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Sentyabr 2019 16:42
8267
GÜNDƏM
A- A+

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

Gələn ilin yanvarında pensiyalarda indeksləşmənin çox -15 faiz olacağı gözlənilir. Çünki bu il əməkhaqlarında ciddi artımlar oldu.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, deputatların əməkhaqqı artıb, amma təqaüddə olan millət vəkillərinin pensiyasındakı artım faktiki olmayıb: "Yanvarın 1-dən həmin şəxslərin də pensiyaları artacaq”.