adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Sentyabr 2019 14:26
9721
MƏMLƏKƏT
A- A+

Bakıda çarpayıdan yıxılan ağırçəkili şəxsə kömək göstərildi

Yasamal rayonunda ağırçəkili 1 nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyin-dən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.