adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Sentyabr 2019 13:12
9227
GÜNDƏM
A- A+

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılamsı ilə bağlı işlər davam etdilir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyasında "Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən dəyirmi masada deyib.

X.Yusifzadə bildirib ki, bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycan xarici bazarlara 554 mln. ton neft çıxarıb.

X.Yusifzadə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib.

SOCAR-ın Birinci Vitse-Prezidenti əlavə edib ki, Azərbaycanın böyük təbii qaz potensialı var: "Yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Ancaq proqnozlara görə bu rəqəm 6 trilyon kubmetrdir”.

O qeyd edib ki, Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bu günə qədər ümumikdə 2 mlrd. kubmetr qaz nəql edib.

Akademikin sözlərinə görə, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi davam etdirilir: "TAP layihəsi də artıq başa çatır. Gələn il də bu kəmər istifadəyə verilicək".(trend)